Elə sus ki, nə barədə susduğun eşidilsin.
D.Opalski
- Paradoks – bu bir həqiqətin iki tərəfidir.
V.Qjeqorçik
- Texnokratlar hətta Qiyamət gününün atlılarını da mühərriklə təmin ediblər.
K.Bunş
- İnsan cənnətdə yaşamaq üçün yaranıb və o, bu dünyada məcburi köçkündür.
V.Qjeşik
- Reallıq evindən riyazi meşəyə gedib çıxmaq çox da çətin deyil, amma çox az sayda adam oradan geri qayıda bilir.
Xuqo Şteynxaus
- Nəhayət, nə zaman ki, kişilər məhəbbətin günah olmasını qadınlara başa saldılar – qadınların bir hissəsi monastırlara getdi, bir hissəsi də küçələrə çıxdı.
Xuqo Şteynxaus
- Ordenlər – onun paylayanlar önündəki xidmətin nişanəsidir.
K.Bunş
- Yanuş Vasilkovski: Onlar dedilər ki, mənə arxayındırlar. Maraqlıdır, görəsən, bu mənə neçəyə başa gələcək?
- Özün haqda pis danışma, adamlar zarafat qanmır.
- Bizə arxalananlar çox vaxt bizimlə hesablaşmır da.
Təqdim edəni: Xan Rəsuloğlu
Link kopyalandı
Baxış sayı: 45