Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair, tərcüməçi və publisist, gözəl insan və yaxın dostum Çingiz Əlioğlunun vəfatı xəbərini böyük kədər və sarsıntı ilə qarşıladım.
Çingiz Əlioğlu Azərbaycan poeziyasının özünəməxsus dəst-xətti, zəngin dünyagörüşü və sözə münasibəti ilə seçilən sənətkarlarından idi. Onun yaradıcılığı uzun illər Azərbaycan ədəbiyyatının inkişafına xidmət edib. O, yalnız yazdığı əsərlərlə deyil, şəxsiyyəti, söhbətləri, dostluğu və həyata özünəməxsus baxışı ilə də yaddaşlarda yaşayacaq.
Mənim üçün Çingiz Əlioğlu həm böyük bir şair, həm də yaxın və əziz dost idi. Onunla keçən söhbətlər, görüşlər, ədəbiyyat və həyat haqqında düşüncələr yaddaşımda həmişə yaşayacaq. Belə insanların yoxluğu yalnız ailəsi və dostları üçün deyil, bütövlükdə ədəbiyyatımız üçün böyük itkidir.
Çingiz Əlioğlunun vəfatı ilə əlaqədar ailəsinə, doğmalarına, yaxınlarına, dostlarına və bütün Azərbaycan ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.
Ruhu şad olsun.
Çingiz Əlioğlunun əziz xatirəsi Azərbaycan ədəbiyyatında və onu tanıyan insanların yaddaşında daim yaşayacaq.
sonsuz sevgilərlə:X.Telmanoğlu