hekayə Yüklərin hamısını maşına yerləşdirəndən sonra əlindəki vərəqə qeydlər aparan gəncə yaxınlaşdı: — Oğlum, nə vaxt yola düsəcəyik?- asta səslə soruşdu. — Nənə can, sabah səhər yola çıxacağıq. Qaranlıq düşməmiş çatmağımız üçun tez tərpənməliyik. Qadın astaca başını tərpədib — insallah — sakit səslə söylədi. Ağır addımlarla kücəyə tərəf üz tutdu. Avtobus dayanacağına çatıb oturacaqda əyləşdi. […]
Bölmə: Proza
Məqsəd Nur: Xınababa-dron
hekayə “Dağlara dönüş” silsiləsindən -Dedim axı, getmirəm! -Niyə, bax niyə?! – Bacım Zülfüqarlıya gedib-qayıdandan sonra mənə qarşı yaman sərtləşib. Elə bil hansısa günah işlətmişəm. – Camaat tökülüf oralara, bəs deməzlər, niyə bu adam ata yurduna getmir?! -Ata yurdu qalıb ki, ay bacı… -Niyə qalmıyıf, illafca yaxşı qalıf! Di sən […]
Şahmar: Qoyungöz
Şahmarın hekayəsi Qoyungöz Getmək, mütləq getmək lazımdır. Getmək, getmək. İnamla, qəti və ciddi. Kəndə gedirəm, evimizə. Gedim görüm necə yaşayırlar. Baş qaşımağa vaxt yoxdur, vallah. Sabah, ya birigün çıxıram. İnişil getdiyimdir. Neçə dəfə yuxuda anamın səsini eşitmişəm, “gəl” deyir, “gəl”. Səhər çıxsam, günortadan sonra ordayam. Sabah çıxıram, gedirəm sabah. Bir neçə günlüyə əlinizdən, […]
Azər Abdulla: Yekəpər..
Azər Abdullanın hekayəsi Yekəpər…. (hekayə) Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə “vətəndaş, sizinləyəm, bizimlə getməlisən” deyəndə, maşının mühərrikinə sarı əyilmiş usta qəddini düzəltmədən başını səs gələn tərəfə çevirdi. Gənc polis “bizimlə şöbəyə getməlisən” söyləyəndə, usta yenidən mühərrikə sarı çevrilib etinasız “görmürsən əlimdə işim var… şöbədə nə azarım qalıb” – dedi, mühərriki, sanki uşaq […]
Məmməd ORUC: Dərsarası dərs
Məmməd ORUCun hekayəsi: Dərsarası dərs (hekayə ) Atəş oldum, külüm yox Bülbül oldum, dilim yox… Xalq mahnısından Bir günəşli payız günündə Ovçu Firuz yanında da tulası o quzğunu qanadlarından tutub sürüyə-sürüyə məktəbin həyətinə gətirəndə böyük tənəffüs yenicə başlanmışdı və bu səbəbdən də sinif otaqlarında demək olar ki, kimsə qalmamışdı, uşaqlar qara gözləri, əyri, qara dimdiyi […]




