Biz kimik

“İmza Nəşrlər Evi” 2020-ci ildən etibarən ölkənin nəşriyyat sektorunda müntəzəm və ardıcıl fəaliyyəti ilə seçilən peşəkar nəşriyyat qurumudur. Qısa müddət ərzində dinamik inkişaf edərək, Azərbaycan ədəbiyyatının, elmi düşüncəsinin və mədəni irsinin geniş oxucu kütləsinə çatdırılmasına öz töhfəsini vermişdir.
Nəşriyyat olaraq hər il orta hesabla 500 adda kitabın işıq üzü görməsini təmin edirik. Nəşr etdiyimiz əsərlər müxtəlif janrları əhatə edir və fərqli yaş qruplarının, maraq dairələrinin və oxucu tələbatının nəzərə alınması ilə hazırlanır. Məqsədimiz yalnız kitab çap etmək deyil, eyni zamanda keyfiyyətli məzmunu oxucuya çatdırmaq, milli dəyərləri qorumaq və müasir nəşriyyat standartlarını tətbiq etməkdir.
“İmza Nəşrlər Evi” müəlliflərlə sıx əməkdaşlığa önəm verir.
Eyni zamanda, platformamızın əsas məqsədi ədəbiyyata xidmət etmək, yeni imzaları üzə çıxarmaq, onlara dəstək olmaq və Azərbaycan yazarlarını, şairlərini ictimaiyyətə daha yaxından tanıtmaqdır. Biz müəlliflər və oxucular arasında canlı ünsiyyət mühitinin formalaşdırılmasını, ədəbi prosesin daha aktiv və əlçatan olmasını prioritet hesab edirik. Hər bir nəşr bizim üçün məsuliyyət və etibarın göstəricisidir.

Yuxarı