İnsanın öz varlığı ilə üz-üzə qalması

İnsan kimdir? Nə üçün yaşayır? Həyatın əvvəlcədən müəyyən edilmiş bir mənası varmı? İnsan öz taleyini özü müəyyən edir, yoxsa görünməz qüvvələrin, cəmiyyətin və şəraitin əsiridir? Bu suallar fəlsəfə tarixində həmişə mövcud olub. Lakin XIX əsrdə bu suallar yeni və daha kəskin şəkildə qarşıya çıxdı. İnsanın daxili tənhalığı, azadlığı, seçimi, məsuliyyəti, qorxusu və həyatın mənası haqqında […]

Ağlın sərhədlərini müəyyən edən filosof

İmmanuel Kant (1724–1804) Qərb fəlsəfəsinin ən böyük simalarından və müasir fəlsəfi düşüncənin əsas qurucularından biridir. Onun fəlsəfəsi yalnız XVIII əsr Avropasının intellektual həyatına deyil, sonrakı fəlsəfəyə, etikaya, epistemologiyaya, hüquq və siyasi düşüncəyə də güclü təsir göstərib. Kantın qarşısında duran əsas sual belə idi: İnsan nəyi bilə bilər, nəyi bilməsi mümkün deyil və necə yaşamalıdır? O, […]

Heraklit: “Hər şey axır” deyən filosof

  Qərb fəlsəfəsinin ən sirli və təsirli simalarından biri hesab edilən Heraklit (e.ə. təxminən 540–480) qədim Yunanıstanın Efes şəhərində yaşamışdır. O, varlıq, dəyişmə və kainatın mahiyyəti haqqında irəli sürdüyü fikirlərlə fəlsəfə tarixində yeni bir istiqamətin əsasını qoymuşdur. Sonrakı əsrlərdə Platon, Aristotel, Hegel, Nitsşe və Haydegger kimi böyük filosoflar onun ideyalarına dönə-dönə müraciət etmişlər. Heraklitə görə, […]

ANAKSİMANDR İLK FİLOSOFLARDAN BİRİ

Qədim yunan fəlsəfəsinin tarixində Anaksimandr xüsusi yer tutur. O, yalnız filosof deyil, həm də astronom, coğrafiyaşünas və təbiət tədqiqatçısı idi. Falesdən sonra kainatın quruluşunu və təbiətin qanunlarını araşdırmağa çalışan ilk mütəfəkkirlərdən biri kimi tanınır. Anaksimandr təxminən e.ə. 610-cu ildə qədim Yunanıstanın Milet şəhərində anadan olub. O, Falesin yetirməsi və davamçısı hesab edilir. Yaşadığı dövrdə Milet […]

DÜNYANIN İLK FİLOSOFU FALES

İnsanlıq tarixində dünyanı anlamaq cəhdləri minilliklər boyu miflər, əfsanələr və dini inanclar vasitəsilə izah olunurdu. Lakin eramızdan əvvəl VI əsrdə yaşamış bir şəxs hadisələrə fərqli yanaşaraq təbiəti və kainatı ağıl yolu ilə izah etməyə çalışdı. Bu şəxs qədim yunan mütəfəkkiri Fales idi. Tarixçilərin və fəlsəfə tədqiqatçılarının böyük əksəriyyəti onu Qərb fəlsəfəsinin ilk filosofu hesab edir. […]

TÜRK DÜNYASININ ƏDƏBİYYAT ZİRVƏSİ

  Çingiz Aytmatov (1928–2008) XX əsr dünya ədəbiyyatının ən böyük simalarından biri, qırğız əsilli yazıçı, diplomat və ictimai xadimdir. O, həm qırğız, həm də rus dillərində yazdığı əsərlərlə təkcə Orta Asiya ədəbiyyatını deyil, bütövlükdə dünya nəsrini zənginləşdirmişdir. Onun yaradıcılığı türk xalqlarının mədəni yaddaşını, folklorunu və mənəvi dünyasını universal ədəbi dəyərlərlə birləşdirir. Çingiz Aytmatov 1928-ci il […]

Qazi İmadəddin Məlikəhməd oğlu Səlim: KƏSİLMƏSİN AYAQ SƏSİN

Bu şeir 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci il dönümünə həsr olunur   KƏSİLMƏSİN AYAQ SƏSİN   Şan-şöhrətli Azərbaycan, Şərqin ilk çağdaş ölkəsi. Müstəqillik nidasıyla, Heyrətləndirdi hər kəsi.   Uzaq-uzaq qitələrdən, Ölkələrdən gəldi səsi, Döndü dillərdə dastana, Azərbaycan,can nəğməsi. Qoy bu canım məmləkətdə, Ordum,Sənin Kəsilməsin ayaq səsin.   Özün alovlardan keçdin, Yurdu alovdan qurtardın. […]

Rəsul Rza: Ərk qalası

Təbriz – gözəl şəhər! Vuruşdular: son gülləyə; son süngüyə, son qundağa qədər. Vuruşdular: hər şey qırmızı geydi, daşdan torpağa qədər. Vuruşdular: alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər. Vuruşdular: onlardan yeddi dəfə – yetmiş qat artıq olan, süngüləri narın daraq dişi kimi sıx olan düşmənlə. Yaralılar ufuldamadı. Can verənlər inləmədi. Susuzlar yandım demədi. Öpdü […]

Nazim MURADOV : Qoca Şəkinin gənc ruhlu şair oğlu – Qoca Xalid… –

Qoca Xalidlə cəmi bircə dəfə görüşdüm… Qoca Şəkiyə hər gedişimdə olduğu kimi, yenə də əvvəlcə “Ata ocağım”a – Papaqçı Əlövsət kişinin – Əlövsət İslamovun Vərəzət kəndindəki geniş həyətli yurduna baş çəkdim. Bundan bir qərinə – tam 33 il öncə – 1993-də Şəkiyə ikinci səfərim zamanı rəhmətlik Əlövsət əmi, cənnətməkan Humay ana, qardaşım Rasim ilə o […]

Həsən Kürün şeiri: Cəbhədən məktub

  Həsən Kür Aprel döyüşləri və  İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən sonra psixoloji böhran keçirən şair intihara cəhd edərək binadan atlamış və  aldığı xəsarətdən bir neçə aydan sonra vəfat etmişdir. O,  “Boyat dərdin üstündə”, “Tikanlı məftillər” və “Döyüş və Dönüş” şeirlər kitablarının müəllifidir.   Sən mənə şərfini göndərmə daha, Səngər beşik kimi istidir, qızım. Vətən […]

Yuxarı