Bu şeir 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci il dönümünə həsr olunur

 

KƏSİLMƏSİN AYAQ SƏSİN

 

Şan-şöhrətli Azərbaycan,

Şərqin ilk çağdaş ölkəsi.

Müstəqillik nidasıyla,

Heyrətləndirdi hər kəsi.

 

Uzaq-uzaq qitələrdən,

Ölkələrdən gəldi səsi,

Döndü dillərdə dastana,

Azərbaycan,can nəğməsi.

Qoy bu canım məmləkətdə,

Ordum,Sənin

Kəsilməsin ayaq səsin.

 

Özün alovlardan keçdin,

Yurdu alovdan qurtardın.

Bözqurd oldun,neçə-neçə

Qurdu alovdan qurtardın.

 

Düşmənlərin inadını

Qırdın,alovdan qurtardın.

Sən bu canım məmləkəti

Ordum,alovdan qurtardın.

Qoy bu canım məmləkətdə,

Ordum sənin

Kəsilməsin ayaq səsin.

 

Yüz səkkiz il keşiyində,

Dəyanətlə dayanmısan.

Günəş kimi göy üzündə

Al Şəfəqə boyanmısan.

 

Sən bu yurdun şərəfinə,

Sən şəninə şəyanmısan?

Canı  icrə ya canmısan,

Ya ruhuna əyanmısan?

Qoy bu canım məmləkətdə,

Ordum sənin

Kəsilməsin ayaq səsin.

 

Qarabağım-qara bəxtim,

Sayəndə ağ günə çıxdı.

Dəyanətin,mətanətin,

Qırxdörd gündə önə çıxdı.

 

Gərdi hər bir çətinliyə,

Topdağıtmaz,sinə çıxdı.

Bu döyüşdən üzağıyla,

Bir çıxmışdı,yenə çıxdı.

Qoy bu  canım məmləkətdə,

Ordum sənin

Kəsilməsin ayaq səsin.

 

06.06.2026-cı il

***

 

FƏLƏSTİNLİ UŞAQLARA

 

Budurmu insanlıq,

azadlıq bumu?!

 

Dayanıb lüt-üryan bir uşaq baxır,

Baxışından sanki ildırım çaxır.

Aldığı hər nəfəs bir son, bir axır,

Budurmu insanlıq, azadlıq bumu?!

 

Yorğun illərinin ağrısı canda,

Paltarı çirkabda, üz-gözü qanda.

Ey zalım, sən bunu insanlıq san da, –

Budurmu insanlıq, azadlıq bumu?!

 

Nifrəti, naləsi dilində gəzir,

Bilmir hansı əsrin ilində gəzir.

Qapqara qazanı əlində gəzir,

Budurmu insanlıq, azadlıq bumu?!

 

Xaraba evlərdə bayquş ulayır,

Dünya aciz-aciz başın bulayır.

Fironlar hələ də meydan sulayır,

Budurmu insanlıq, azadlıq bumu?!

 

İmadəddin bax dünyanın halına,

Ölkələrin davasına ,qalına.

Məzlumların bir gün haqqı alınar,

Budurmu insanlıq,azadlıq bumu ?!

 

02.06.2026 cı il

 

Paylaş:
Link kopyalandı
Baxış sayı: 116

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı