Bu şeir 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci il dönümünə həsr olunur KƏSİLMƏSİN AYAQ SƏSİN Şan-şöhrətli Azərbaycan, Şərqin ilk çağdaş ölkəsi. Müstəqillik nidasıyla, Heyrətləndirdi hər kəsi. Uzaq-uzaq qitələrdən, Ölkələrdən gəldi səsi, Döndü dillərdə dastana, Azərbaycan,can nəğməsi. Qoy bu canım məmləkətdə, Ordum,Sənin Kəsilməsin ayaq səsin. Özün alovlardan keçdin, Yurdu alovdan qurtardın. […]
Bölmə: Poeziya
Rəsul Rza: Ərk qalası
Təbriz – gözəl şəhər! Vuruşdular: son gülləyə; son süngüyə, son qundağa qədər. Vuruşdular: hər şey qırmızı geydi, daşdan torpağa qədər. Vuruşdular: alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər. Vuruşdular: onlardan yeddi dəfə – yetmiş qat artıq olan, süngüləri narın daraq dişi kimi sıx olan düşmənlə. Yaralılar ufuldamadı. Can verənlər inləmədi. Susuzlar yandım demədi. Öpdü […]
Həsən Kürün şeiri: Cəbhədən məktub
Həsən Kür Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən sonra psixoloji böhran keçirən şair intihara cəhd edərək binadan atlamış və aldığı xəsarətdən bir neçə aydan sonra vəfat etmişdir. O, “Boyat dərdin üstündə”, “Tikanlı məftillər” və “Döyüş və Dönüş” şeirlər kitablarının müəllifidir. Sən mənə şərfini göndərmə daha, Səngər beşik kimi istidir, qızım. Vətən […]
İlham Qəhrəman: MƏRMİYƏCƏN YAŞAMAQ
şeirlər Şəhidin dilindən Ömür vəfa etmədi – qara buluda girən aya döndü, gizləndi məndən… Kim düzdü bu ömrü sapa, bilmədim, ha çırpındım – ömrümün ardını tapa bilmədim. Ömürümün sonunda mərmi dayandı… İyirmiyəcən yaşadım, Həmin mərmiyəcən yaşadım. Yıxıldım qaldım torpağınan, son dəfə sarmaşdıq bayrağınan. Ömrüm az oldu, amma vətən sevgimdən tamsındı bir az. Yağış, […]
Ağa Laçınlı: Özünlə barışmaram
Gedirsənsə, gözünü məndən tamam kəsib get, Gözünlə barışaram – özünlə barışmaram! Yoxluğumun ucundan, həsrətimin ucundan Yuxuna qarışaram – özünlə barışmaram! Dilinin kor tiyəsi öyrənibdi pis kəsə, Pisini də öyərəm, özgə səni pisləsə. Dərd qəlbini tək görüb qarmalamaq istəsə, Dərdinə darışaram – özünlə barışmaram! […]
Hidayət Orucov : Zəngəzurludur!
Çəhlimlər dırmaşar, cığırlar qalxar, Üfüqlər sabahın işıq yoludur. İldırımlar dinər, şimşəklər çaxar – Ən məğrur nəğmələr zəngəzurludur. Taleyin torpağa bəxşişidir bu – Paklığı, qeyrətin, əzmin qoludur. Minnətsiz yaxşılıq, şirin hiss, duyğu, Sədaqət, etibar zəngəzurludur. Hər parça göy səma, hər zərrə torpaq Ulu gözəlliklə yenə doludur. Hər coşqun dağ çayı, hər şəffaf bulaq […]
Süleyman Rüstəm: TƏBRİZİM
ŞEİR Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, […]
Cəfər Cabbarlı: Azərbaycan bayrağına
Cəfər Cabbarlının şeiri Azərbaycan bayrağına Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadımı üzərinə kölgə salan? Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı? Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrağımız ucaları pək seviyor, Yulduzlardan hilaldan da yüksəklərdə […]
Əhməd Cəmil: Can nənə bir nağıl de
Əhməd Cəmilin şeiri Can nənə bir nağıl de – Ay nənə, bir nağıl da de! – Ömrüm-günüm, yat daha, Hamısını indi desəm, nağıl qalmaz sabaha. – Can nənə, de birini də. – Ağrın alım, sözə bax. Evimizdə səndən savay, gör heç varmı bir oyaq? Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan; Taxt üstündə məstan […]
Ələkbər Salahzadə: O günə qar yağar
Ələkbər Salahzadənin şeirləri ** Elə bil gün o gün, qar o qar, haradasan? O günə qar yağar, o qara qar yağar – şığıyar qara qar. Qar o qar, Yağar ha, ha yağar, o saça, kirpiyə qar yağar, ağarar, ağarar, haradasan? Söyüdlər qarıdı, haradasan? Saçları ağara-ağara yayda da düşərəm o qara. Qurudu, yerində qurudu, […]









