Mətbəə sənəti insanlıq tarixində bilik və məlumatın yayılmasında mühüm rol oynamışdır. İlk çap texnologiyalarının əsası qədim Çində qoyulmuşdur və burada taxta lövhələr üzərində çap üsulu istifadə edilirdi. XV əsrdə İohann Qutenberqin çap dəzgahını ixtira etməsi mətbəə tarixində inqilabi dönüş yaratdı. Bu ixtira kitabların daha sürətli və ucuz istehsalına imkan verdi. Nəticədə savadlılıq səviyyəsi artdı və elm, mədəniyyət daha geniş yayıldı. Zaman keçdikcə çap texnologiyaları təkmilləşərək ofset, rəqəmsal və digər müasir üsullarla zənginləşdi.

Azərbaycan mətbəə tarixinin başlanğıcı isə XIX əsrə təsadüf edir. 1830-cu illərdə ölkəmizdə ilk mətbəələr fəaliyyətə başlamışdır. Bu dövrdə əsasən dini və maarifləndirici kitablar çap olunurdu. 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri milli mətbuat tarixində mühüm hadisə oldu. Bu qəzet Azərbaycan dilində çap olunan ilk qəzet idi və cəmiyyətin maariflənməsində böyük rol oynadı. Sonrakı illərdə Bakı və digər şəhərlərdə yeni mətbəələr açıldı və çap işi geniş vüsət aldı.

XX əsrdə texnologiyanın inkişafı ilə Azərbaycan mətbəələri daha da modernləşdi. Sovet dövründə çap sənayesi dövlət nəzarətində olsa da, texniki baxımdan müəyyən irəliləyişlər əldə edildi. Müstəqillik dövründə isə mətbəə sahəsində yeni imkanlar yarandı və özəl nəşriyyatlar fəaliyyətə başladı. Müasir dövrdə rəqəmsal çap texnologiyaları sürət, keyfiyyət və çeviklik baxımından böyük üstünlüklər təqdim edir.

Bızım mətbəə 2020-ci ildən etibarən fəaliyyət göstərərək bu zəngin ənənənin davamçısı kimi çıxış edir. İmza Nəşrlər Evinin mətbəəsi olaraq biz müasir texnologiyalarla təchiz olunmuşuq və yüksək keyfiyyətli xidmət təqdim edirık. Müasir avadanlıqlar və peşəkar yanaşma sayəsində müxtəlif çap məhsullarını qısa müddətdə hazırlamaq mümkündür. Müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən mətbəəmiz daim inkişaf etməyə və yenilikləri tətbiq etməyə davam edir
İmzanəşrlərevi.az

Yuxarı