ƏNƏNƏ VƏ MÜASİRLİK BİR ARADA

Son günlər Azərbaycanda mədəniyyət sahəsində diqqət çəkən əsas tendensiyalardan biri milli-mədəni irsin qorunması ilə müasir yaradıcılıq proseslərinin paralel şəkildə inkişaf etdirilməsidir. Ölkənin müxtəlif şəhər və rayonlarında keçirilən mədəni tədbirlər, sərgilər, kitab təqdimatları, teatr tamaşaları və ədəbi görüşlər ictimaiyyətin diqqətini yenidən mədəniyyətə yönəldir. Xüsusilə Azərbaycan tarixinin və milli irsin təbliği ilə bağlı layihələr mədəni gündəmin mühüm […]

Ağlın sərhədlərini müəyyən edən filosof

İmmanuel Kant (1724–1804) Qərb fəlsəfəsinin ən böyük simalarından və müasir fəlsəfi düşüncənin əsas qurucularından biridir. Onun fəlsəfəsi yalnız XVIII əsr Avropasının intellektual həyatına deyil, sonrakı fəlsəfəyə, etikaya, epistemologiyaya, hüquq və siyasi düşüncəyə də güclü təsir göstərib. Kantın qarşısında duran əsas sual belə idi: İnsan nəyi bilə bilər, nəyi bilməsi mümkün deyil və necə yaşamalıdır? O, […]

SÖZ SEVGİSİ ( Ön söz əvəzi)

Əziz oxucu, “Qaranlıqdan işığa: sözün yaddaşla yolu” kitabı Rəqsanə Babayevanın oxucularla ilk görüşüdür.Kitabın ilk səhifələrindən gənc müəllifin sözə verdiyi dəyər, ona bəslədiyi sevgi hiss olunur. Düşünürəm ki,  bu kitabdakı fikirlər də oxucuları qaranlıqdan işığa doğru aparacaq, onların yaddaşla yolunu nurlandıracaq. Ümumiyyətlə, Rəqsanə xanımın söz sevgisi hər sözdə, hər cümlədə özünü büruzə verir. Müəlifin sözə verdiyi […]

AZƏRBAYCAN MUSİQİSİNİN ƏFSANƏSİ

Rəşid Behbudov Azərbaycan musiqi və səhnə sənətinin ən böyük simalarından biri, bənzərsiz səsi və özünəməxsus ifa üslubu ilə ölkəmizin adını dünyanın müxtəlif səhnələrində tanıdan böyük sənətkar idi. O, 14 dekabr 1915-ci ildə Tiflisdə anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən sənətkar sonralar peşəkar səhnəyə gəlmiş və qısa müddətdə özünəməxsus ifası ilə geniş şöhrət qazanmışdı. Rəşid […]

Çingiz Əlioğlunun vəfatı ilə bağlı

  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair, tərcüməçi və publisist, gözəl insan və yaxın dostum Çingiz Əlioğlunun vəfatı xəbərini böyük kədər və sarsıntı ilə qarşıladım. Çingiz Əlioğlu Azərbaycan poeziyasının özünəməxsus dəst-xətti, zəngin dünyagörüşü və sözə münasibəti ilə seçilən sənətkarlarından idi. Onun yaradıcılığı uzun illər Azərbaycan ədəbiyyatının inkişafına xidmət edib. O, yalnız yazdığı əsərlərlə deyil, şəxsiyyəti, […]

YARADICILIQ YENİ DÖVRƏ QƏDƏM QOYUR

  Son iki ildə süni intellekt (AI) dünyanın bir çox sahəsində olduğu kimi, ədəbiyyat və mədəniyyət mühitində də ciddi dəyişikliklərə səbəb olub. Bir vaxtlar yalnız insan təxəyyülünün məhsulu hesab edilən şeir, hekayə, musiqi, rəsm və hətta film ssenariləri artıq süni intellekt vasitəsilə də hazırlanır. Bu isə yeni bir sual doğurur: texnologiya yaradıcı insanın köməkçisinə çevriləcək, […]

KİTAB OXUMAQ HƏYATIMIZDAN UZAQLAŞIR

  Mədəniyyət yalnız teatr, muzey, musiqi və ya rəssamlıqdan ibarət deyil. Hər bir xalqın mədəni səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri də onun mütaliə mədəniyyətidir. Son illər Azərbaycanda bu sahədə narahatlıq doğuran bir tendensiya daha aydın görünməyə başlayıb: kitab oxuma vərdişi tədricən zəifləyir. Əlbəttə, ölkədə hər il kitab sərgiləri keçirilir, yeni nəşrlər işıq üzü görür, […]

Ədəbiyyat və sənət həyatında davam edən canlanma

  Azərbaycanın mədəni və ədəbi həyatı son həftə ərzində də müxtəlif tədbirlər, yaradıcılıq layihələri və beynəlxalq əlaqələrin inkişafı ilə yadda qalıb. Ölkənin müxtəlif bölgələrində keçirilən mədəni tədbirlər, yeni kitab təqdimatları, sərgilər və konsert proqramları mədəni həyatın dinamik inkişaf etdiyini bir daha nümayiş etdirib. Ədəbiyyat sahəsində diqqət çəkən istiqamətlərdən biri Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə tərcüməsi […]

Yuxarı