Həsən Kür Aprel döyüşləri və  İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən sonra psixoloji böhran keçirən şair intihara cəhd edərək binadan atlamış və  aldığı xəsarətdən bir neçə aydan sonra vəfat etmişdir. O,  “Boyat dərdin üstündə”, “Tikanlı məftillər” və “Döyüş və Dönüş” şeirlər kitablarının müəllifidir.

 

Sən mənə şərfini göndərmə daha,
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyuşirindi,
Hamını özünə istədir, qızım.

Görsən darıxırsan, şəkillərə bax,
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edir, qızım.

Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.

Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.

Əgər günün biri, geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.

 

Paylaş:
Link kopyalandı
Baxış sayı: 35

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı