Bu əhvalat 1969-cu ilin fevral ayında Bostonun şimalında, Kembricdə baş verdi. Həmin əhvalatı dərhal yazmadım, çünki istəyim ağlımı itirməməkdən ötrü baş verəni unutmaqdı. İndisə, 1972-ci ildə, məncə, o barədə danışmasam, oxucular bütün bunların hamısını uydurma sayarlar, ötüb-keçən illərsə, ola bilsin, məni də o əhvalata eyni cür münasibət bəsləməyə məcbur eləyər. Həmin məqamda çox şeylər yaşadım, […]
Bölmə: Ədəbiyyatı
“İMZA.İNFO” SAYTI MÜSLÜM SULTANOĞLUNUN “VƏTƏNƏ GEDƏN YOL…” KİTABINDAN NÜMUNƏLƏR təqdim edir
NAXÇIVAN Gəlmişəm Əlincə qalana sənin, Çıxmışam zirvənə, dağına sənin. Baxıram qəlbində yarana sənin, Təbrizsiz yaşayan, canım Naxçıvan! Hayqır, qoy Təbrizə yetişsin səsin, Arazla qoy axsın sənin nəfəsin. Zəngəzurdan olsun gələn gəlişim, Deyim gözün aydın, canım Naxçıvan! Gəlim, səndən keçim İrəvana mən, Göyçəyə, Dərələyəzə, o Vətənə mən. Yığım xalı təki gül-çiçəyin […]
Məmməd Aslan: Məni bu zülmətdən sabaha daşı!
Qazi Gülxanə paşa Buludlar kişnədi, ildırım çaxdı, Sanasan dağları göy yıxacaqdı!.. Yubanma ömrümə, Qazi Gülxanə, Cərrah bıçağını sıyırma vaxtı!!! Xəstəlik ölümün birər əsgəri; Birlərdən törəyir zülmün ləşkəri. Sən meydana çıx ki, Qazi Gülxanə: Ölümün nəfəsi çəkilsin geri! Tapdı mincə Qazi nicatı burda, Qurtuldu yenidən həyatı burda! Şairə, yazara ömür bəxş etdi..! Nura dəyişirlər zülməti […]
Umud Rəhimoğlu: Ata vəsiyyəti
2016-cı il dekabrın 7-də atam, 87 yaşında, məcburi köçkün kimi yaşadığı Bakı şəhərində dünyasını dəyişdi. Vəsiyyəti sadə idi: “Umuda deyin, məni dəfn ücün kəndimizə aparsın .” O vaxtlar ata yurdumuz Aşağı Əbdürrəhmanlı kəndi Horadiz əməliyyatı nəticəsində qismən azad edilsə də, təmas xətti kəndin icindən kecirdi. O üzdən də kəndə gedib-gəlmək təhlükəli idi. Kənd qəbiristanlığı da […]
Yazıçılıq öyrədilə bilərmi? – Tanınmış qələm adamlarından fərqli baxışlar
Yaradıcı sahələrin böyük əksəriyyəti illərdir ali məktəblərdə və xüsusi kurslarda tədris olunur. Rəssamlıq, musiqi, aktyorluq, rejissorluq, ssenaristlik və bəstəkarlıq üzrə həm nəzəri, həm də praktiki dərslər keçirilir. Amma yazıçılıq sahəsində sistemli və geniş yayılmış təhsil modeli demək olar ki, formalaşmayıb. Bu vəziyyət isə müzakirələr yaradır: yazıçılıq doğrudan da öyrədilə bilməyən sənətdir, yoxsa bu sahəyə sadəcə […]
Qazi İmadəddin Məlikəhməd oğlu Səlim: KƏSİLMƏSİN AYAQ SƏSİN
Bu şeir 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci il dönümünə həsr olunur KƏSİLMƏSİN AYAQ SƏSİN Şan-şöhrətli Azərbaycan, Şərqin ilk çağdaş ölkəsi. Müstəqillik nidasıyla, Heyrətləndirdi hər kəsi. Uzaq-uzaq qitələrdən, Ölkələrdən gəldi səsi, Döndü dillərdə dastana, Azərbaycan,can nəğməsi. Qoy bu canım məmləkətdə, Ordum,Sənin Kəsilməsin ayaq səsin. Özün alovlardan keçdin, Yurdu alovdan qurtardın. […]
Mario Varqas LYOSA: Ziyarətçi hekayəsi
Mario Varqas LYOSA (Xorxe Mario Pedro Varqas Lyosa) – 1936-cı ildə doğulub. Peru nasiri, dramaturqu, esseçisi və siyasi xadimidir. 2010-cu il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatı və 2021-ci ildən etibarən Fransa Akademiyasının üzvüdür. Vaxtilə ölkə prezidentliyinə namizəd də göstərilib. ZİYARƏTÇİ (Hekayə) Dükanın ta ağzına qədər uzanan qumluq ərazi onun düz kandarında bitir. […]
TÜRK DÜNYASI MAARİFÇİLİK HƏRƏKATININ ÖNDƏRİ
Türk dünyasının ictimai-siyasi və mədəni tarixində mühüm yer tutan İsmayıl bəy Qaspıralı XIX əsrin sonu və XX əsrin əvvəllərində maarifçilik ideyalarının yayılmasında, milli oyanışın formalaşmasında və türk xalqları arasında birliyin güclənməsində əvəzsiz xidmətlər göstərmiş görkəmli ziyalıdır. Onun fəaliyyəti yalnız Krım türkləri ilə məhdudlaşmamış, bütün Türk dünyasının intellektual inkişafına mühüm təsir göstərmişdir. İsmayıl bəy Qaspıralı […]
ELMİN SƏRHƏDLƏRİNİ AŞAN DAHİLİK
XX əsrin ən görkəmli nəzəri fiziklərindən biri hesab olunan Məhəmməd Əbdüs Salam yalnız Pakistanın deyil, bütün İslam dünyasının elm tarixində xüsusi yer tutur. O, fundamental fizika sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə dünya elminə böyük töhfələr vermiş və 1979-cu ildə Nobel Mükafatına layiq görülən ilk pakistanlı alim kimi tarixə düşmüşdür. 1926-cı il yanvarın 29-da Britaniya […]
Rəsul Rza: Ərk qalası
Təbriz – gözəl şəhər! Vuruşdular: son gülləyə; son süngüyə, son qundağa qədər. Vuruşdular: hər şey qırmızı geydi, daşdan torpağa qədər. Vuruşdular: alt dodaqdan üst dodağa qalxa bilməyən səsə qədər. Vuruşdular: onlardan yeddi dəfə – yetmiş qat artıq olan, süngüləri narın daraq dişi kimi sıx olan düşmənlə. Yaralılar ufuldamadı. Can verənlər inləmədi. Susuzlar yandım demədi. Öpdü […]








