Ceviz Ağacı
Başım köpük köpük bulut, içim dışım deniz,
Ben bir ceviz ağacıyım Gülhane Parkı\’nda,
Budak budak, şerham şerham ihtiyar bir ceviz.
Ne sen bunun farkındasın, ne polis farkında.
Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Yapraklarım suda balık gibi kıvıl kıvıl.
Yapraklarım ipek mendil gibi tiril tiril,
Koparıver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var.
Yüz bin elle dokunurum sana, İstanbul\’a.
Yapraklarım gözlerimdir, şaşarak bakarım.
Yüz bin gözle seyrederim seni, İstanbul\’u.
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane Parkı\’nda.
Ne sen bunun farkındasın, ne polis farkında.
**
Nazım Hikmət
Ceviz ağacı
Başım köpük-köpük bulud,
içim, çölüm dəniz,
Mən bir qoz ağacıyam Gülhanə parkında,
budaq-budaq,
şaxə-şaxə,
qoca bir qoz ağacı.
Nə sən bunun fərqindəsən,
nə polis fərqində.
Mən bir qoz ağacıyam Gülhanə parkında.
Yarpaqlarım suda balıq kimi
qıvrım-qıvrım,
yarpaqlarım ipək dəsmal kimi
titrək-titrək.
Qoparıb ver,
gözlərinin, gülüm,
yaşını sil.
Yarpaqlarım əllərimdir,
tam yüz min əlim var.
Yüz min əllə toxunaram sənə,
İstanbula.
Yarpaqlarım gözlərimdir,
heyrətlə baxaram.
Yüz min gözlə seyr edərəm səni,
İstanbulu.
Yüz min ürək kimi
döyünər, döyünər yarpaqlarım.
Mən bir qoz ağacıyam Gülhanə parkında.
Nə sən bunun fərqindəsən,
nə polis fərqində.
**
Vladimir Vladimiroviç Mayakovski
Eşidirsinizmi?
Eşidirsinizmi bu at kişnərtilərini?
Eşidirsinizmi?
Eşidirsinizmi avtomobillərin uğultusunu?
Bunlar
onun bərəkətinə gedən
şəhərlilərdir.
Büsbütün bir insan bataqlığı…
Camaat məni sürükləyir
təsadüfi bir yerə,
çaşqın,
sürünə-sürünə.
Mən isə cilovdan yapışıram,
ətəklərdən,
ətəkliklərdən.
Bu gördüyüm də nədir?
Sənsən?
Ora aparırlar səni?
Yalan!
Murdar, zinakar bir küfr!
Gözümün bəbəyini qan bürüyüb,
fahişəxanaların
qırmızı fənərləri kimi.
Bəs niyə sən?
Dayan!
Mən daha şirin ləzzətlər tanıyıram!
Kirpiklərinin ucsuz-bucaqsız meşəsində
heç bir tərpəniş yoxdur.
Dayan!
Artıq keçib getdi…
Bax, oradadır,
başların üstündə.
Kəllə parıldayır,
sanki ayaqqabı kimi
keçəl,
işıltılı, cilalanmış dəri.
Ancaq
adsız barmağının
son buğumunda,
üç brilyantın yanında
bir-iki tük var,
dikilib dayanıb.
Fahişə yaxınlaşır, görürəm.
Əlini öpmək üçün
əyilir.
Dodaqları
balaca tüklərin arasında pıçıldayır:
birinə — “balaca fleytam”,
birinə — “balaca buludum”,
üçüncüsünə isə
mənim yaratmaqda olduğum
eşidilməmiş, məşhur bir ad verir.