Əziz Səbuhi müəllim,

doğum gününüz mübarək!

“İmza” Nəşrlər Evinin direktoru olaraq illərdir Azərbaycan ədəbiyyatına, sözə və söz adamlarına sevgi ilə xidmət edirsiniz. Yazıçı, şair və qələm sahiblərinə göstərdiyiniz yüksək hörmət, səmimiyyət və diqqət Sizi hər kəsə sevdirib. İnsanlara yardım etmək istəyiniz, qayğınız və xeyirxahlığınız ən dəyərli insani keyfiyyətlərinizdəndir. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Qoy həyatınız daim sevgi, hörmət və gözəlliklərlə zəngin olsun. Ədəbiyyatımıza xidmət yolunuz hər zaman uğurlu, imzanız daim uca olsun!

“İmza” Nəşrlər Evinin kollektivi adından ən xoş arzularımızla!

Paylaş:
Link kopyalandı
Baxış sayı: 7

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı