Ala dağım uçdu,
Qara dağım sağ ol!
Alıma qara düşdü,
Göyüm, ağım sağ ol!
Yaza payız sarılar,
Tər pörələr saralar…
Gül yolunar,
şax qırılar,
Bağçam, bağım, sağ ol!
Son an – son gün,
Bir çəmənlik, son gül…
Son dən bir sünbül –
Bir zəmilik toxum, sağ ol!
Dünya mülküm, məzarım,
Gah toyum, gah hüzürüm,
Rəhmət sənə ölü yarım,
Diri yarım – sağım, sağ ol!
Şaiq Vəli, haqdandır…
Yeddi rəng ağdandır.
Hər şey heçdən – yoxdandır,
Var ol, heçim – yoxum, sağ ol!
Link kopyalandı
Baxış sayı: 69