Su atdım yara dəydi, Sona bülbüllər

Әlim divara dəydi, saçı sünbüllər.

Dilim-ağzım qurusun, Sona bülbüllər

Nə dedim yara dəydi, saçı sünbüllər.

Elə yar, yar deyirlər, heç məni demirlər

Ay Sona bülbüllər!

Elə bil yar deyiləm, bir məni dindirməz,

Ay saçı sünbüllər!

 

Evləri köndələn yar, Sona bülbüllər

Bizə gül göndərən yar, saçı sünbüllər

Gülü yarpıza dönsün, Sona bülbüllər

Bizdən üz döndərən yar, saçı sünbüllər.

Elə yar, yar deyirlər, heç məni demirlər

Ay Sona bülbüllər!

Elə yar, yar deyirlər, bir məni demirlər,

Ay saçı sünbüllər!

 

Dəryada gəmim qaldı, Sona bülbüllər,

Biçmədim zəmim qaldı, saçı sünbüllər.

Çox çəkdim yar cəfasın, Sona bülbüllər,

Mənə dərd-qəmim qaldı, saçı sünbüllər….

Elə yar, yar deyirlər, heç məni demirlər

Ay Sona bülbüllər!

Elə yar yar deyillər, bir məni demirlər,

Ay saçı sünbüllər!

Paylaş:
Link kopyalandı
Baxış sayı: 34

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı