Möhtərəm və əziz Hüseyn Cavidə
Xastayım, yalnızım ürəyimdə qəm,
Nəyə dəyər həyat, olmasa həmdəm?
Sevgisiz, sevdasız həyatı sevməm,
Gəl çıxalım seyrə, günlər ötüşsün!
Sürmədim bir həyat canlı dünyada,
Şövkətli dünyada, qanlı dünyada,
Şu xəstə konlümdən qopan fəryada
Bülbüllər dillənsin, güllər ötüşsün!
Həsrətlər yorğunu, şikəstə könlüm,
Ah, şu dərdli könlüm, şu xəstə könlüm,
Görmədi mürüvvət bir kəsdə könlüm,
Mən gülmərəm aylar-illər ötüşsün!
Yer üzü fanidir, uzaq gəzəlim,
Vicdan sədasını əldə edəlim,
Bir qaranlıq küncə həp† çəkiləlim,
İllərcə paslanan dillər ötüşsün!
Əskimişdir yaram, artiq sağalmaz,
Sevdayi-naləmi bir könül almaz.
Bu xəstə Vurğunun dərdi azalmaz
Qoy sınıq könlümdə tellər ötüşsün!
1926, 11 iyul