Azər Həsrətin “Bir əsgərin yaşantıları” adlı yeni kitabı çap olundu.

Müəllifin qələmə aldığı “Yurd həsrəti” romanında, İkinci Dünya müharibəsi zamanı milyonlarla günahsız insanın məhv edilməsi, döyüşlərdə faşistlərə əsir düşmüş əsgərlərin acı və işgəncəli taleyindən bəhs edilir. Belə bir ağır tale yaşamış və əslən Cəbrayıl rayonu, Daşkəsən kəndindən olan İsmayılov Səxavət Abı oğlu döyüş zamanı faşistlərə əsir düşmüşdür. Faşizm üzərində qələbədən sonra qardaş Türkiyə ölkəsinə keçib ömrünün sonuna qədər orada yaşamış, ictimai fəaliyyətlə və xeyriyyəçilik işi ilə məşğul olmuşdur. Kitabda müəllif xatirə qeydlərinə söykənərək onun taleyini qələmə almış, Səxavət bəyin hiss və düşüncələrini yazı ruhuna xələl gətirmədən, böyük həssaslıqla oxucuya çatdırmışdır.

 

Paylaş:
Link kopyalandı
Baxış sayı: 25

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı