Müsahibə

 

Çingiz Mehdipur. Güney Azərbaycandandır. Uzun müddətdir ki, Azərbaycanın bu tayına da gəlib gedir. Özünün dediyi kimi,  sənəti aşıqlıqdır. Bu işin hətta müəllimidir. Aaşıq sənəti və onun özəlliyi ilə bağlı bir neçə kitab da yazıb. Xarici ölkələrədə saysız-  hesabsız konsertlər verib. Çingiz  bəylə  redaksiyada bir söhbət gerçəklişdirdik. Məncə , təqdim edilən bu yazı, onunla söhbətimizdir.Ümid edirəm ki, onun da sazla, aşıq sənəti ilə bağlı fikirləri sizlərindiqqətini cəlb edəcəkdir.

 

–             Salam, xoş gəlmisiniz.

–             Salam. Var olun.Təşəkkür edirəm. Mən əslində Güneyin sərhəddə yaxın yerindənəm.Mincivandanam.Elə o tayın da Mincivanı, Xudafərini var, bu tayın da.Mən uşaq yaşlarımdan təhsil ardınca Tehrana getdim.Bu həm təhsilimlə, həm də işimlə bağlı 15 ilimi aldı.  O zamanalr dolanmaq da çətin idi. Xüsusən, sərhəd bölgələri boyunca siz də görmüş olardınız, səfalət və kasıblıq hökm sürürdü.İşıq, qaz yox.Televizor yox.Müasir texnologiya yox. Yaşadığımız yerlərdə  evlər uçuq – sökük və ibtidai evlər idi. Təhsil alamaq da elə asan deyildi. Məktəb nə gəzirdi, azdan – çoxdan kimin imkanı çatırdısa,  gedib başqa yerlərdə, Tehranda, Kəlheybərdə  təhsil alırdı.

–             Bəs o zaman  sizin imkanınız necə idi bir tükr  kimi?

–             Həm imkansızlıq idi. Həm də o vaxtlar hər adam məktəbə o qədər önəm vermirdi. Əsas o idi ki, işin, dolanışığın olsun.Savadın olub olmaması o qədər vacib deyildi. O vaxtlar kəndlər pis gündəydi. Orada yaşamaz da zülm idi.Ancaq az-çox irəliləyiş şəhərlərdə olurdu.Dediyim kimi, heç telefon, işıq da yox idi. Siz ki bu taydan görmüsünüz  o yerləri.

–             Siz o illərdə, sovet dövründə o taydan bu taya heç baxmısınızmı?

–             O qədər baxmışam ki. Çooooox, lap çox.Bu taydakı texnalogiyanı da görürdük.

–             Bu taya ilk dəfə nə vaxt gəldiniz?

–             Hardasa 22 il bundan əvvvəl.

–             Gəldiyinizdə xəyalınızda olan Azərbaycanı gördünüz, yoxsa pərişan oldunuz gəlməyinizə?

–             Vallah, o  taydan bu taya illərlə həsrətlə baxmışıq.  Ancaq bunu da deyim ki, o taydakı soydaşlarımızın çoxu sovet sistemini sevənlər idi o zaman.

–             Yəni sossializmi istəyən, kommunizm aşiqləri.

–             Elədir.  Onlar  hamısı o zamanlar düşünürdülər ki, bəlkə bu əqidədə olmaqla, nə vaxtsaa bu tayla birləşə  bilərik. Bu duyğu – düşüncələrlə illərlə yaşadıq.Düzdü, bura gəlməmişdən əvvəl də Güneydə buranın bir çox tanınmış adamalrı, şairləri, alimləri ilə görüşülərimiz olmuşdu. 1992-ci ildə rəhmətlik  Zəlimxan Yaqubla, Sabir Rüstəmxanlı ilə görüşümüz olmuşdu.

–             Siz o vaxt bu taya hansı statuslda gəlmişdiniz? Gəzməyə görməyəmi, ya konsürt  verməyə?

–             Yox, konsert verirdik. O vaxt  İran İnqlabının ildönümüylə əlaqədar İran höküməti burda konsert təşkil etmişdi. Bizi də bura dəvət etmişdilər. O tədbirləri də o vaxt burda aparan rəhmətlik Zəlimxan müəllim idi.

–             Bəs bura gələndə Ilk təəssüratınız necə oldu?

–             Bakının bu küçələriylə gedəndə  mənə elə gəlirdi, nə vaxtsa buralarda olmuşam.  Mənə o qədər doğma gəlirdi.Elə bilirdim illər boyu elə bu küçələri dolaşmışam. Həta o vaxtı Zəlimxan müəllimlə şəhərdə gəzəndə ona da dedim bu küçələr bilmirəm niyə mənə bu qədər doğöma gəlir.

–             Belə baxıram , Zəlimxan müəllimi çox istəyirmişsiniz?

–             Zəlimxan Yaqubla bizim birinci dostluğumuz elə Təbrizdən başladı. Ilk görüşümüzdə bir saz o götürdü , bir saz da mən. Orda bu ifadələri işlətdi: “ Bu xalqı bir birindən necə ayırmaq olar. 200 ildən çoxdur  torpaqlarımız ayrıdı, 70 il də  Sovet  İran sərhəddiylə ayrılıq düşdü. Ancaq bu gün Çingizlə hərəmiz bir saz götürüb üz-üzə gələndə mənə elə gəldi ki, bizi kimsə ayırmayıb.Biz elə bir yerdə olmuşuq.“ O zaman Zəlimxan müəllimdən sonra Sabir müəllimlə də görüşlərimiz oldu. sağ olsun, Sabir müəllim elə o vaxt da 1-2 dəfə məni videoya da çəkdi.

–             Axırıncı dəfə nə vaxt gəldiniz bu taya?

–             2 ay olar. Konsertə gəldim.Həm də gedib gəlirəm da.Orda aşıq məktəbim də fəaliyyət göstərir.

–             O məktəbinizlə bağlı bəlkə bir az məlumat verəsiniz?

–             Əslində bizdə bütün müsiqi növləri tədris eilirdi.Ancaq mən üstünlüyü doğrusu vermişəm saza.Həm də sazla bağlı o məktəbi açmışdım. Indi 400 – ə kimi tələbəmiz  var. Məktəbin də adı ”Rövşən Musiqi Məktəbi” dir. Rövşən adını da Koroğlunun adından götürmüşük.

–             Niyə birbaşa Koroğlu adını götürmədiniz?

–             Yəqin ki qoymayacaqdılar. Rövşəni də bilmirdilər.

–             Bəlkə elə biliblər Ramiz Rövşənə görə qoymusunuz deyə, dəyib-dlaşmayıblar sizə. Təbii bu zarafatdı.

–             Yox, biz istədiyimizi elədik da. Koroğlu olsaydı, alınmayacaqdı.

–             Demək Orda musiqi məktəbi açmısınız. 400-dən çox  tələbələriniz var. Üstünlüyü də saz müsiqisinin tədrisainə yönəltmisiniz əsasən. Siz də orda dərs verirsiniz. Siz orda dərsləri hansı sistemlə keçirsiniz:  müasir tədris formasındamı, yoxsa dədə-baba qaydasıyla olan ustad – şəyir üsuluyla?

–             Mən ilk dəfə saza not yazmaqla başlamışam. Sonra o kitabı çapdan buraxdımışam.Saza ilk notu yazan mən olmuşam. 2012-ci ildə  Elmlər Akademiysasında  Folklor instutunda Muxtar müəllim gilin vasitəsi ilə çap olunubdur. Mən sazın ifası ilə bağlı  metodik vəsait yazmışam. Biri var havaları yazmaq, bir də var sazın metod.Metodu ilk dəfə mən yazmışam.

–             Ora gələcəyik. Bax, bu saz nədi? Bir az ondan danışaq. Türk milləti nədən bu alətdən yapışdı?

–             Bütövün hələ demirəm, saz, bizim xalqımızın tarixinin bir hissəsidir. Niyə?Bir dəfə Hollandiyada konsertdə bir solo ifa elədim.“ Hicran Kərəmi”ni çalırdım.  Orda bir Avropanın məhşur musiqi bilicisi vardı, Bipinq adında.Çoxlu da musiqiçilər vardı və hər kəsə 2-3 dəqiqə vaxt ayırmışdılar.Yalnız mən ifa edəndə xahiş etdilər ki, bir daha ifa edim. O qolumdan yapışıb dedi ki, mən bilmirəm kimsən, hardan gəlmisən, ancaq  siz bu alətdə ifa elədikcə mən hiss elədim ki, sizin gəldiyiniz o yerlərdə yaşayan insanlar olduqca  çox əzab əziyyətdə, kasıblıq içində yaşayırlar. Mən o vaxtı o böyük səhnədə anladım ki, bir milləti tanıtmaq üçün gərək bir qalın kitab yazardın.Oxuyardılar səni tanıyardılar.Ancaq 3-4 dəqiqəlik bir musiqi parçası ilə bir millətin necə bir durumda olduğunu çatdıra bilmişdim.Hər kəs məni ayaqda alqışlayırdı.Təkrar xahiş elədiklərində, bir də “Ruhani” havasını ifa elədim.

–             Sizin ən çox ifa eləmək istədiyiniz hansı havadı?

–             Mənə fərq eləmir. Havalarımızın hamısı mənə doğmadır.Melodik havalar çoxdur.Üstündə çox işlənilmiş havaları deyirəm.Solo ifaçılığı üçün melodilər var içərisində. Havada isə üzərində o qədər iş getmiyib, aşınmayıb. Müsiqiçilər ən çox melodik yönlü ifalara üstünlük verir.Mən özüm də o dediyim havaların üzərində işləmişəm.

–             Misiqi məllimisiniz. Olubmu ki, hansısa Aşıq havasında yarımçıqlıq hiss eləmisiniz?Yaxut da siz belə yarımçıq qalmış havaları, havacatları tamamlamaq istəmisniz?

–             Olub,  olub… Əsas işim elə budur.

–             Hansılarının adlarını  deyə bilərsiniz?

–             “Mansırı”, “Məmməd Bağırı”, “Çəqai “ də deyirlər, saymaqla qurtarmaz. Əsasən belə havaların üzərində işləyirəm.

–             Belə deyək da , həm də bərpaçılıq işlərini görürsünüz?

–             Bəli, ehya edirəm, dirildirəm, can verirəm havaya. Məsələn, “Mansırı “ havası bu xalqın yas törənindən doğulan bir musiqidir. Onun üzərində oturub işlədim.Bir gün Alim Qasımov Təbrizdəydi.Elə oldu Marağa şəhərində bir alim vardı, onun görüşünə getdik.Yolda bu havanı açdım dinlədi. 2 saat o yana, 2 saat bu yana Alim müəllim bu havanı təkrar  – təkrar eşitdi. Sözü də bu oldu ki, mən indiyə kimi bu əzəmətdə, gözəllikdə musiqi eşitməmişəm.

–             Sizə bir sualım var.

–             De

–             Niyə Azərbaycan aşıqları indiyə kimi “Kitabi Dədə Qorqut” dastanlarındakı şeir parçalarına müraicət etmədilər, edə bilmədilər?Bütün oxuduqları parçalarda mətnlərin ölçüsü qoşma, gərəyalı, təcnis, divani, bayatı ölçüsü üzərindən şəkilləndi?Dədə Qorqutdakı şeir parçalarına müraciət etmək olmazdımı?  O boyda dastanda o boyda möhtəşəm şeir, söz örnəkləri varsa, demək o sözlərin də musiqiyə yansıya biləcək tərəfləri vardı. Elə biləsən türkün sazına bu mətnləri yaxın buraxmaq istəmədilər?

–             Mən öz düşüncəmi deyirəm. görünür bir zamanlar  Dədə Qorqud dövrü olub. Sonra da 15-16-cı əsrdən, Səfəvvi dövründə  aşıq musiqisində də müasirləşmə getdi. Yəni ozanlaşma aşıqlıqla əvəz olundu.  Həm də o zamamlar belə bir düşüncə gəzirdi ki, aşıqlar üzə çıxandan sonra ozan bir məclisə gələndə qoymurdular ki,  yəni  bunlar yanşaqdılar, onlar çox danışandırlar.

–             Məncə, qurt keçinin nəyini yeyib ki. Yenə də gec deyil. Siz həm  aşıq musiqisinin bilicisi, onun tədrisiylə məşğul olan insan, həm də ifaçılığı mükəmməl bilən bir sənətkar. Bəlkə yenidən başlamaq olar nəyisə? Bir şeir parçası deyim, ritminə, intonasiyasına fikir verin:” Qanı (hanı) dediyim bəy ərənlər, Dünyaya mənim deyənlər. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı.Gəlimli gedimli dünya, son ucu ölümlü dünya.”Bu parçanı sazda oxumaq, bir havaya salmaq olmazmı?Burdan bəlkə də 10-15 hava çıxarmaq olar.

–             Bal kimi. Yüz faiz sizinlə razıyam.

–             Çünki genetik kod baxımdan burdakı ritm hər cür manevr eləməyə imkan verir. Çünki ritm bizimdir.Indi sənətin hər sahəsində orta əsrlərə doğru dönüş var. Saz misiqisi sanki bir yerdə ilişib qalıb. Tıxac var. Hamı eyni havanı,  havacatı ifa edir. Bununla da işini bitmiş sayır.Axı bu sazda da bir irəliləyiş lazımdır.Dınqıldatmaqla bir şey olmaz axı.Sənətin qarşısı açılmalıdır hər sahədə.eləcə də sazda. Olmazmı?

–             Niyə olmaz. Siz dediyiniz kimi, olar.Mən özüm də aşıq ailəsində böyümüşəm.Əmim də aşıq olubdur.Aşıqlar toylara gələrdi. O zamanlar xalq savadlı deyildi..Bir aşıq 20 dastan danışardı.Bir dastan elə nə qalınlıqda kitab eləyir. O ustad-şəyird ənənəsini davam elətdirən bu aşıqlara ustadları çox şey öyrətmişdilər. xalq da onlardan tərbiyə alırdı. Mənim nə atam, nə babalarım öz dilimizdə , türk dilində.indiyə kimi nə yazmışıq nə də oxumuşuq. Biz bu dilimizi yaşatdığımız üçün əvvəlcə analarımıza, sonra da aşıqlarımıza borcluyuq ki, o dastları el  –  el,  oba – oba gəzib danışaraq dilimizi yaşadırdılar. İndi porblem deyirik var. Bir adam ürəyi  istəyirsə, gedib “Əsli və Kərəm” dastanını alıb oxuyur, sonra kitabı qatlayıb qoyur bir yerə.

–             Bilirsinizmi niyə olmur? Həm də sual kimi səsləndirəcəm.Səncə, sənətin qarşısı alınmamalıdır.Onu kimsə almır.Mane olmur. Heç bir diktatura, rejim, sistem, şəxsiyyət buna mane ola bilmir və bilməz. Məncə, sənətin anasın ağlar günə qoyan, inkişafına əngəl olan,  hər sahədə sənətin o sahəsiylə məşğul olan şəxslərdir, yaradıcı şəxslər. Necə? Bəlli bir dövr var. O dövrü sənət baxımından,yaradıcılıq müstəvisində görmür, görə bilmir.” Koroğlu” dastanını 100-200 ildir ki, eyni dillə, templə, çizgilərlə və vaxt intervalıyla danışılır.Əgər  aşıqlar “Koroğlu”nun hansa, məsələn “İstanbul səfəri”ni danışarkən nəyə görə dövrə, zamana uyğun olaraq  yaradıcı gedişatlar etmirlər? O aşıq o dastanı öz yozumuyla, 21-ci əsrdə parçalanmış bir yurdun fonunda, taleyi müstəvisində  yanaşsa, heç bir problem olmaz. Nədən əlavələri olmur, nədən yaradıcı adam dastana özündən nələrsə vermir? Sadəcə düyməsi basılan makina kimi əzbərlədiklərini danışmaqla iş bitmir. Bir az hərəkət eləmək, çaba göstərmək lazımdır. Guya siz bu dediklərimiz yönündə bir addım atsaydıınz, kim qarşı gələ bilərdi.

–             Sizinən həm razıyam,  həm də razı deyiləm. Qeyd edim ki,  təfəkkürlər fərqlidir. Məsələn,  deyirəm ki, Aşıq Qərib 3 aylıq yolları 3 gündə gəldi. Buna əfsanə kimi baxır adamlar. Bu günün insanının  belə şeyləri dinləməyə  dözümü çatmır və bəlkə də ironiya edir. Acaq mənim dastanlarımızı yaşatmağımızla bağlı özümün  fikirlərim var. Əvvəl bir aşıq rəqs eləməyi də, çalmağı da, oxumağı da, şeir deməyi, dastan danışmağı da, aktiyorluğuna kimi bacarırdı. Indi düşününü ki, əvvəllər gözün bir həkimi olardı.İndi gözlə bağlı saysız hesabsız mütəxəssisə müraciət etməlisən.Eləcə də, aşıqlıq sənətində.Baxırsan ki, əvvəl rəqs edən bir aşıq bu gün özünə elə bir rəqs məktəbi açıb ki, orda bütün rəqslər mükəmməl öyrədilir və icra edilir.Yəni adamlar istəmirlər ki, bir aşığın obrazında bu gün Koroğlunu, Nigarı, Kürdoğölunu, Keçəl Həmzəni, dəliləri görsünlər.Adamlar istəyir ki, bunların hamısını ayrı ayrılıqda görsün.

–             Yəni yeniliyə açıq olmaq lazımdırmı?

–             Bəli, təkmilləşmə olmalıdır. Baxın, Üzeyir bəy, iki möhtəşəm əsərində aşıq yaradıcılığına müraciət edib.

–             Bax, görürsünüzmü, Üzeyir bəy təkmilləşməni hardan istifadə edərək apardı. Görürsünüzmü, aşıq musiqisindən yaxşı mənada Üzeyir bəy hardasa, yaradıcı istifadə elədi.Gedişat elədi.Siz də digər yönlərdən sazda, aşıq sənətində təkmilləşmələr, yeniləşmələr apara bilərsiniz də.

–             Bu işləri mən edirəm elə.

–             Əgər bu işləri görürsünüzsə, həqiqətən böyük adamsınız.

–             Siz buyurduğunuz kimi mən o işləri edirəm. Hətta artığını da edirəm.Ancaq bilirsiniz ki, bu işlər təkcə bir adamın gücündən asılı olan işlər deyil.İtaliyanın əsas musiqisi vokal opera musiqisidir da.Konsert olanda, bu misiqi ifasında bir də görürsən ki, dinləmək üçün ön cərgədə prezidenti, müavinləri və digər nazirlikləri təmsil edən insanlar oturub dinləyir.  Görürsünüz ki, deputatları da  müəyyən cərgədə oturublar.  Bu məsələlər elə belə deyil. Saz da  deyim ki, mədəniyyətimizin həm əsli, həm də   bir hissəsidir. Saza da dayaq olmalıdır.Məsələn, bu yaxınlarda konsertimiz oldu. Orda az adam vardı. Mən bundan narahat olmadım. Mən bilirəmki,saz, saz havaları  küçə –  bazar misiqisi kimi deyil ki, səsləndirəsən, hamı gələ. Hamı da bu misiqini başa düşə. Guya bu gün bizim xalqımızın neçə  faizi Nizamini anlayır, dərk edir.

–             1 faizinin bildiyini zənn etmirəm. Hətta məhşur ədəbiyyatşünaslar, yazarlar var ki, cild  – cild əsərlər yazıblar. Adam  baxıb az qalır dəli olsun. “Xəmsə”ni tərcümə edən yazarlar “Xəmsə”nin mahiyyətini belə açıq şəkildə bilmirdi. Nəsimini bildikləri ortadadır.Üstəlik də 1 ildir düşüblər üstünə yazığın, hər gün orda tədbir, burda tədbir.Nəsimiyə nə tədbir olacaq ki, bu günün öz Nəsimiləri var ki, acından ölürlər. Kirayədə can çəkişirlər. Şəhərə çıxmağa pulu yoxdur cibinmdə. Evə bəzən çörək alıb aparmağa  quruşu olmur. Bunları düşünmək lazımdır. O zaman Nəsimi də yaşayacaq, Füzuli də, S.Vurğun da. Nəsiminin mahiyyətini ortaya qoyacaq  bir cümlə oxuya bilmədim bu ilki Nəsimiylə bağlı propoqandaçılıqda…

–             Mən də o fikirdəyəm. Belə üsullarla kimlərisə yaşatmaq mümkün deyil əsla.

–             Baxın. Azərbaycan Xalq Cümhuriyyətini araya  – ərsəyə gətirən bir qurup insan olub. Ammma bu gün danışanda 100 il əvvəl sanki bir xalqın hər fərdi bu hərəkatda iştrak edib. O 5-`10 fədəkar insanlar kimlər idilər. illərlə o zindanda yatan, evsiz-eşiksizlər, iş-güc problemləriylə üzləşəmnlər, təhsil üçün kimlərəsə möhtac qalanlar, illərlə təhditlər altında yazılar yazıb bir ideya daşıyıcısı olub sonda bir xalq üçünXALQ CÜMHURİYYƏTİNİ QURANLAR İDİLƏR. Hər şeyi 3-5 adam yaradır.

–             Yəni bizim musiqini də az adam başa düşər. Mən bu azlıqdan əsla narahat deyiləm.Mən boğazdan yuxarı söz olduğu kimi, boğazdan yuxarı musiqinin söhbətini eləmirəm.İnsan varlığının mahiyyətini, fəlsəfəsini, bütövlüyünü ifadə edən sənətdən danışıram. Ona görə də , aşıq musiqisində bəzi işləri görmək üçün gərəkgüclü maliyyə imkanları ola. Çox görüləsi işlərimiz var. Sovet dövründə nəhəng kinolar yaranırdı.İndi niyə yaranmır.

–             Maliyyəsi vardı.

–             Çünki dövlət dururdu ardında o kinonun, o  sənətin.  Bu gün nəyisə qorumaq olur.Ancaq bunlarla dünyayaya çıxmaq olmaz.Bir zamanlar bu taydan o taya keçmək, sərhədləri aşmaq da olmurdu. Hətta bizdə  belə yaradıcı ab-hava bölgə bölgəydi.

–             Məktəb kimi yəqin..

–             Qaradağ, Urmu, Təbriz aşıq mühiti vardı. Bunların hər biri ayrı ayrı sənət mühitini təmsil edirdilər. Onlar bir –  birini uzun müddət görə bilmirdilər. İndi maşın, texnika onları görüşdürür tez  – tez.  Bizlərə düşən bu işləri toplayıb üzərində iş aparmaq və dünyaya yaymaq zamanıdır.

Söhbətləşdi: x.telmanoğlu

(söhbətin ardını qaçırmayın)

Paylaş:
Link kopyalandı
Baxış sayı: 48

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı