Bütün sazsevərlərin “Xudu” kimi tanıdığı Xudaverdi Yusifoğlu
Mahmudovun bağladığı sazlara tez-tez rast gəlinir. Onun sazları öz
orijinallığı ilə digər sazbəndlərinkindən fərqlənir. Sazbənd Xudunun
bağladığı sazların səsində ilahi ahəng, bənzərsiz məlahət, odlu nəfəs və
bülbül cəh-cəhi duyulur. Sazlarına baxdıqca, dinlədikcə onun mükəmməl
saz təfəkkürünə və sənətkar əlinə sahib olduğuna qətiyyən şübhə etmirsən.
Saz, Türklərin şəriksiz və eyni zamanda yaşı məxsus olduğu millətin
yarandığı dövr ilə müqayisə olunduğundan, onu yaşadanların mötəbər
olduğunu düşünürəm. Çünki mədəniyyətimizin 25 min ildən də artıq
olan bir zamanda Sakit okeanda mövcud olmuş “Mu” qitəsəndə yerləşən
Günəş imperatorluğundan gəldiyi barədə ingilis alimi Ceyms Çörçvordun
verdiyi məlumatlarla, eləcə də adıçəkilən imperatorluğun 95 min il
öncə də mövcud oluğu ilə tanış olduqda Türklərin və sazın tarixinin nə
qədər qədim olduğunu təsəvvür etmək asandır. Bundan başqa, Günəş
imperatorluğundan gələn dini elmlərdə “Mu” qitəsinin güclü zəlzələ
nəticəsində okenda bütünlüklə qərq olmasından (25 min il öncə) sonra
Asiyada yaranmış, “Nuh Tufanı”na qədərki I Turan imperatorluğu
zamanında “Müqəddəs sirlər” adı altında toplanaraq gil lövhələrə həkk
olunması barədə tarixi bilgilər var. “Tufan”dan sonrakı sivlizasiyada isə
bəzi qədim Turan mədəniyyəti nümunələrinin, o cümlədən rəvayətlər,
əfsanələr, musiqi alətləri və digər sənətkarlıq növlərinin ayrı-ayrı millətlər
tərəfi ndən özününküləşdirilməsi prosesi də getmişdir. Lakin mədəniyyət
növlərinin böyük hissəsi dəyərli sənətkarlarımız tərəfi ndən qorunub
saxlanılmışdır. Bu mənada Sazbənd Xudu kimi sənətkarlarımızın
mötəbərliyinə şübhə etmirəm.
Sazbənd Xudunun oğlu Fərmanın bu yolu sevgiylə davam etdirməsi
də sevindirici haldır. İnanıram ki, Ustadın törəmələri hər zaman bu sənəti
yaşadacaq, bu yola sadiq qalacaqlar. Allahdan Ustad Xuduya rəhmət,
davamçılarına uğurlar arzulayıram!
Bakı, 04 may 2013-cü il.
Elbəyi Cəlaloğlu