Mayın 13–17 tarixlərində keçirilən V Uşaq Kitab Festivalında “İmza” Nəşrlər Evi də iştirak edir. Festival çərçivəsində nəşriyyat öz oxucularını müxtəlif mövzu və janrlarda çap olunmuş kitablarla sevindirəcək.
Sərgidə bədii ədəbiyyatdan uşaq kitablarına, maarifləndirici və fərqli istiqamətli nəşrlərə qədər geniş kitab çeşidi təqdim olunur. Eyni zamanda müəlliflər oxucularla canlı görüşəcək, onlarla ünsiyyət quracaq və imzalı kitablar təqdim edəcəklər.
“İmza” Nəşrlər Evinin rəhbəri Səbuhi Aslan festivalın kitabsevərlər üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, belə tədbirlər oxucu ilə müəllif arasında daha yaxın əlaqələrin qurulmasına və mütaliə mədəniyyətinin inkişafına xidmət edir.
Festival müddətində hər kəs sərgiyə gələrək kitablarla tanış ola, sevdiyi müəlliflərlə görüşə və imzalı nəşrlər əldə edə bilər.
“İmza” Nəşrlər Evi bütün kitabsevərləri kitab dolu maraqlı və yaddaqalan anlar yaşamağa dəvət edir.
imza.info
