Şahmarın hekayəsi Qoyungöz Getmək, mütləq getmək lazımdır. Getmək, getmək. İnamla, qəti və ciddi. Kəndə gedirəm, evimizə. Gedim görüm necə yaşayırlar. Baş qaşımağa vaxt yoxdur, vallah. Sabah, ya birigün çıxıram. İnişil getdiyimdir. Neçə dəfə yuxuda anamın səsini eşitmişəm, “gəl” deyir, “gəl”. Səhər çıxsam, günortadan sonra ordayam. Sabah çıxıram, gedirəm sabah. Bir neçə günlüyə əlinizdən, […]
Bölmə: Ədəbiyyatı
Cəfər Cabbarlı: Azərbaycan bayrağına
Cəfər Cabbarlının şeiri Azərbaycan bayrağına Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı. Mələklərin qanadımı üzərinə kölgə salan? Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı! Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı? Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrağımız ucaları pək seviyor, Yulduzlardan hilaldan da yüksəklərdə […]
Əhməd Cəmil: Can nənə bir nağıl de
Əhməd Cəmilin şeiri Can nənə bir nağıl de – Ay nənə, bir nağıl da de! – Ömrüm-günüm, yat daha, Hamısını indi desəm, nağıl qalmaz sabaha. – Can nənə, de birini də. – Ağrın alım, sözə bax. Evimizdə səndən savay, gör heç varmı bir oyaq? Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan; Taxt üstündə məstan […]
Azər Abdulla: Yekəpər..
Azər Abdullanın hekayəsi Yekəpər…. (hekayə) Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə “vətəndaş, sizinləyəm, bizimlə getməlisən” deyəndə, maşının mühərrikinə sarı əyilmiş usta qəddini düzəltmədən başını səs gələn tərəfə çevirdi. Gənc polis “bizimlə şöbəyə getməlisən” söyləyəndə, usta yenidən mühərrikə sarı çevrilib etinasız “görmürsən əlimdə işim var… şöbədə nə azarım qalıb” – dedi, mühərriki, sanki uşaq […]
Məmməd ORUC: Dərsarası dərs
Məmməd ORUCun hekayəsi: Dərsarası dərs (hekayə ) Atəş oldum, külüm yox Bülbül oldum, dilim yox… Xalq mahnısından Bir günəşli payız günündə Ovçu Firuz yanında da tulası o quzğunu qanadlarından tutub sürüyə-sürüyə məktəbin həyətinə gətirəndə böyük tənəffüs yenicə başlanmışdı və bu səbəbdən də sinif otaqlarında demək olar ki, kimsə qalmamışdı, uşaqlar qara gözləri, əyri, qara dimdiyi […]
Ələkbər Salahzadə: O günə qar yağar
Ələkbər Salahzadənin şeirləri ** Elə bil gün o gün, qar o qar, haradasan? O günə qar yağar, o qara qar yağar – şığıyar qara qar. Qar o qar, Yağar ha, ha yağar, o saça, kirpiyə qar yağar, ağarar, ağarar, haradasan? Söyüdlər qarıdı, haradasan? Saçları ağara-ağara yayda da düşərəm o qara. Qurudu, yerində qurudu, […]
Dilsuz: Biz niyə belə azıq
Dilsuzun şeirləri DUA Dənizin ortasında parça-parça olmuş bir qayığam – Duz yandırır yaralarımı… Saman çöpünə çatmır əlim, Uzaqlarda, lap uzaqlarda qəfil ümid kimi peyda olmuş bir gəmi birdən-birə dəyişir səmtini – Üz tutur qüruba doğru… Budur, axıb qurtardı günəşin qanı. Göydənmi endi, dalğaların arasındanmı çıxdı kaftar gecə? Vurnuxur ətrafımda qismətini axtaran bir köpəkbalığı […]
Eldar Baxış: Qaçıb bu dünyanın tamı
Eldar Baxışın şeirləri ** Yox Rəhmətlik Sabir, rəhmətlik Məhəmməd Hadi, rəhmətlik Hüseyn Cavid küçəyə, bazara çıxardıb sabunlarını satdılar, tiyanlarını satdılar, köynəklərini satdılar, əlyazmalarını satdılar, ömürlərini satdılar, günlərini satdılar, nələri var satdılar, özlərini, ruhlarını yox! Rəhmətlik Sabirdən, rəhmətlik Məhəmməd Hadidən, rəhmətlik Hüseyn Caviddən sonra gələn şairlər küçəyə, bazara çıxardıb özlərini, ruhlarını satdılar, amma ömürlərini, günlərini, əlyazmalarını, […]
Camal Yusifzadə : Payızım oy, qışım oy
Camal Yusifzadənin şeirləri Payızım oy, qışım oy Əhməd Oğuza Payızın başı üstdən Birər-birər qar gəlir; Payızım oy, qışım oy. İndi bilirəm ki, nə itirmişəm; Birər-birər günlərim; Birər-birər yaşım oy. Göy üzündən Yer üzünə qar gəlir, Kişilikdən danışmaq Yaman mənə ar gəlir. Ümidi vağam olan Torpağım oy, daşım oy! Ovcumun arasında Havalanmış başım oy. […]
Vaqif Bayatlı Odər: Qardaşımın üzü köməyim olsun
Vaqif Bayatlı Odərin şeirləri Qardaşımın üzü köməyim olsun Dilərəm Tanrıdan qəlbə dəyməyən Uduzub yorulan, udub doymayan Ağlaya-ağlaya top-top oynayan Qardaşımın üzü köməyim olsun Vurduğu topları dəyər dirəyə Kimə bir söz desə dəyər ürəyə Belə bəxti olan çətin kiriyə O da ağlamasın bəs kim ağlasın Dərd gəldi – könlünü bağlamaz kişi Yaş gəldi – […]









