Həsən Kür Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən sonra psixoloji böhran keçirən şair intihara cəhd edərək binadan atlamış və aldığı xəsarətdən bir neçə aydan sonra vəfat etmişdir. O, “Boyat dərdin üstündə”, “Tikanlı məftillər” və “Döyüş və Dönüş” şeirlər kitablarının müəllifidir. Sən mənə şərfini göndərmə daha, Səngər beşik kimi istidir, qızım. Vətən […]
Bölmə: Ədəbiyyatı
Sübhan Abasbəylinin “Ürəyimin harayı” kitabı
Sübhan Abasbəylinin “Ürəyimin harayı” kitabı oxucuların ixtiyarına verildi.
Sübhan Abasbəylinin “Axırıncı güllə” kitabı
Sübhan Abasbəylinin “Axırıncı güllə” kitabı oxucularını gözləyir
İlham Qəhrəman: MƏRMİYƏCƏN YAŞAMAQ
şeirlər Şəhidin dilindən Ömür vəfa etmədi – qara buluda girən aya döndü, gizləndi məndən… Kim düzdü bu ömrü sapa, bilmədim, ha çırpındım – ömrümün ardını tapa bilmədim. Ömürümün sonunda mərmi dayandı… İyirmiyəcən yaşadım, Həmin mərmiyəcən yaşadım. Yıxıldım qaldım torpağınan, son dəfə sarmaşdıq bayrağınan. Ömrüm az oldu, amma vətən sevgimdən tamsındı bir az. Yağış, […]
Ağa Laçınlı: Özünlə barışmaram
Gedirsənsə, gözünü məndən tamam kəsib get, Gözünlə barışaram – özünlə barışmaram! Yoxluğumun ucundan, həsrətimin ucundan Yuxuna qarışaram – özünlə barışmaram! Dilinin kor tiyəsi öyrənibdi pis kəsə, Pisini də öyərəm, özgə səni pisləsə. Dərd qəlbini tək görüb qarmalamaq istəsə, Dərdinə darışaram – özünlə barışmaram! […]
Aydın Talıbzadə: DRAMATURGİYA
(anlayışın qısa elmi şərhi) Qəribə sözdür “dramaturgiya”… “Dramaturq” sözü ondan da qəribə… Qərbdə “dramaturq” deyirlər ədəbi hissə müdirinə: pyes yazarı isə elə pyes yazarı kimi də təsnif və təqdim edilir; Avropa mədəniyyətində onun şair, nasir kimi məxsusi bir adı yoxdur. Pyes yazarı o kimsədir ki, özü-özüylə danışa-danışa “dedim – dedi” konstruktunda dialoqlar qələmə […]
Nizami CƏFƏROV: Böyük şəxsiyyətin “Xatirələr”ində türk dilləri
Görkəmli başqırd ictimai-siyasi xadimi, tarixçi Ord.Prof. Dr. Zəki Vəlidi Toğanın “Türküstan və digər müsəlman Şərq türklərinin milli varlıq və mədəniyyət mücadilələri”ndən söhbət açan “Xatirələr”ində rus inqilabının ilk illərində qızğın müzakirələrin, mübahisələrin və münaqişələrin mövzusu olan, çox hallarda isə elmi yox, məhz ideoloji-konyuktur mövqedən şərh olunan türk dili, türk ləhcələri, türk dilləri kimi məsələlər […]
Hidayət Orucov : Zəngəzurludur!
Çəhlimlər dırmaşar, cığırlar qalxar, Üfüqlər sabahın işıq yoludur. İldırımlar dinər, şimşəklər çaxar – Ən məğrur nəğmələr zəngəzurludur. Taleyin torpağa bəxşişidir bu – Paklığı, qeyrətin, əzmin qoludur. Minnətsiz yaxşılıq, şirin hiss, duyğu, Sədaqət, etibar zəngəzurludur. Hər parça göy səma, hər zərrə torpaq Ulu gözəlliklə yenə doludur. Hər coşqun dağ çayı, hər şəffaf bulaq […]
Süleyman Rüstəm: TƏBRİZİM
ŞEİR Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, […]
Məqsəd Nur: Xınababa-dron
hekayə “Dağlara dönüş” silsiləsindən -Dedim axı, getmirəm! -Niyə, bax niyə?! – Bacım Zülfüqarlıya gedib-qayıdandan sonra mənə qarşı yaman sərtləşib. Elə bil hansısa günah işlətmişəm. – Camaat tökülüf oralara, bəs deməzlər, niyə bu adam ata yurduna getmir?! -Ata yurdu qalıb ki, ay bacı… -Niyə qalmıyıf, illafca yaxşı qalıf! Di sən […]









