Qəhrəmanlığın yaddaş tarixi Sübhan Abasbəylinin “O yerlərdə izim qaldı” kitabına yazılan ön söz Sübhan Abasbəyli bir şair-publisist kimi tanıdığım müəlliflərdəndir. Onun qələmə aldığı bu ədəbi-publisistik kitab xalqımızın qəhrəmanlıq salnaməsinə dəyərli bir töhvədir. Müəllif bu kitabda Masallı rayonunun keçmişindən bu gününə qədər olan inkişaf yolunu, igid oğulllarının keçdiyi şərəfli döyüş yolunu dərin […]
Bölmə: Müəlliflər
Aydın Talıbzadə: “Nimfoman qadın”, yoxsa “depressiya trilogiyası?”
Nimfoman qadına azərbaycanlılar itin dişisinə dedikləri sözü deyirlər. Bu, söyüşdür. Lars fon Triyerin filminin adının azərbaycancaya bu sayaq tərcüməsi, məncə, dəqiq ola bilir, çünki mahiyyəti tam ifadə eləməyə qabildir. Bu söz milli romançılıqda hərdənbir işlədilsə də, ara-sıra Azərbaycan kinofilmlərindən, Azərbaycan səhnəsindən eşidilsə də, mən o sözdən xoşlanmıram; hesab eləyirəm ki, üzqızardan bir sözdür. […]
İlham Qəhrəman: MƏRMİYƏCƏN YAŞAMAQ
şeirlər Şəhidin dilindən Ömür vəfa etmədi – qara buluda girən aya döndü, gizləndi məndən… Kim düzdü bu ömrü sapa, bilmədim, ha çırpındım – ömrümün ardını tapa bilmədim. Ömürümün sonunda mərmi dayandı… İyirmiyəcən yaşadım, Həmin mərmiyəcən yaşadım. Yıxıldım qaldım torpağınan, son dəfə sarmaşdıq bayrağınan. Ömrüm az oldu, amma vətən sevgimdən tamsındı bir az. Yağış, […]
Xalq şairi Zəlimxan Yaqub: Laçınlı, Laçınsız Ağa Laçınlı
Nə yaxşı xatirələr var, xatirəyə dönən günlər, aylar, dəqiqələr var. Nə yaxşı alınlara yazılan yazılar kimi, yaddaşlara yazılan hadisələr, görüşlər, söhbətlər, döngələr, dönümlər var. Bəlkə dünya ona görə bu qədər şirindir ki, həmişə dünənə, keçmişə, tarixə, müqəddəs dayaqlara, sarsılmaz qaynaqlara söykənə-söykənə irəliyə, sabaha, gələcəyə, arzulara, xəyallara doğru uçur və uçuşunu heç vaxt dayandırmır. […]
Fikir babalarımız: Əhməd bəy Ağaoğlu
Əhməd bəy Ağaoğlu – Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim. Əsilzadə ailəsində anadan olub; valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini […]
Polşa aforistikası
Elə sus ki, nə barədə susduğun eşidilsin. D.Opalski Paradoks – bu bir həqiqətin iki tərəfidir. V.Qjeqorçik Texnokratlar hətta Qiyamət gününün atlılarını da mühərriklə təmin ediblər. K.Bunş İnsan cənnətdə yaşamaq üçün yaranıb və o, bu dünyada məcburi köçkündür. V.Qjeşik Reallıq evindən riyazi meşəyə gedib çıxmaq çox da çətin deyil, amma çox az sayda adam oradan geri […]





