Qəhrəmanlığın yaddaş tarixi
Sübhan Abasbəylinin “O yerlərdə izim qaldı” kitabına yazılan ön söz
Sübhan Abasbəyli bir şair-publisist kimi tanıdığım müəlliflərdəndir. Onun qələmə aldığı bu ədəbi-publisistik kitab xalqımızın qəhrəmanlıq salnaməsinə dəyərli bir töhvədir. Müəllif bu kitabda Masallı rayonunun keçmişindən bu gününə qədər olan inkişaf yolunu, igid oğulllarının keçdiyi şərəfli döyüş yolunu dərin vərənpərvərlik hissi ilə təsvir edir.
Sübhan Abasbəyli təkcə faktları sadalamır, həm də o hadisələrin ruhunu, qəhrəmanların iç dünyasını oxucuya çatdırmağı bacarır. Onun yazılarında tarixi yaddaş, milli kimlik və vətən sevgisi qovuşaraq bir bütöv mənzərə yaradır. Kitab həm tariximizi öyrənmək, həm də gənc nəsildə milli qürur hissini möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Onun qələmindən süzülən bu kitab xalqızımızın keçmişinə, qəhrəmanlıq salnaməsinə vurulan işıqlı bir imzadır. O, tarziximizin unudulmaz qəhrəmanlarını oxucuya sevə-sevə, qürurula təqdim edir. Müəllifin yazı üslubu həm sadə, həm də təsirlidir. Oxucu hadisələrin içində özünü hiss edir, qəhrəmanlarla birgə yaşayır.
Müəllifin araşdırma dəqiqiliyi, dil üslubunun səlisliyi və səmimiyyəti kitabı oxunaqlı və təsirli edir. Belə bir kitabın ərsəyə gəlməsi həm cənub bölgəsinin, həm də bütövlükdə ölkəmizin qəhrəmanlıq ənənələrinin yaşadılması üçün mühüm addımdır.
Bu kitab gənc nəsildə vətənpərvərlik hissini oyadır, vətən qənrəmanlarına, tarixi şəxsiyyətlərimizə olan hörməti daha da artırır. Belə kitabların yazılması milli yaddaşın qorunması baxımından çox dəyərlidir.
Müəllif vətəndaşı olduğu doğma Masallı rayonunun Yeyənkənd kəndinin Birinci və İkinci Qarabağ Vətən rəhrəmanlarını ustalıqla qələmə alıb. Onun yazılarında milli ruh, vətən sevgisi və keçmişə dərin hörmət hiss olunur. Kitab oxucunu həm maarifləndirir, həm də qürurlandırır.
Sübhan Abasbəyli yaradıcılığı ilə oxucununu həm tariximizin dərin qatlarına aparır, həm də bu günün reallığını duymağa vadar edir. Onun qələmi həm publisistik canlılığı, həm də ədəbi səmimiyyəti ilə seçilir. Onun qələmi həm düşündürür, həm də qürur hissi aşılayır. O, publisistikanı bədii sözün gücü ilə birləşdirərək oxucunun yaddaşında silinməz iz buraxır.
Bu kitab Masallı rayonunun Yeyənkənd qəhrəmanlarının yaddaş tarixidir. Bu kitab o kəndin gənclərinin gələcək örnək məktəbdir.
Sübhan Abasbəylini bu dəyərli işi üçün təbrik edir ona gələcək yaradıcılıq fəaliyyətində daha böyük uğurlar diləyirəm.
