Sübhan Abasbəylinin “Danışan illər ” kitabını əldə etməyə tələsin.
Bölmə: Ədəbiyyat
Keçən həftə ədəbi-mədəni sahədə ən aktual mövzular
Bu həftə Azərbaycan ədəbi-mədəni mühitində bir neçə əsas mövzu diqqət mərkəzindədir. İlk növbədə, dil və milli kimlik məsələləri geniş müzakirə olunur. Ədəbi dilin qorunması və onun gənclər arasında düzgün istifadəsi xüsusi vurğulanır. Yeni media və sosial şəbəkələrin dilə təsiri də müzakirə edilən əsas istiqamətlərdəndir. Digər aktual xətt müharibə və post-müharibə ədəbiyyatıdır. Qarabağ mövzusu əsasında […]
Nəcibə İlkin: Qəhrəmanlığın yaddaş tarixi
Qəhrəmanlığın yaddaş tarixi Sübhan Abasbəylinin “O yerlərdə izim qaldı” kitabına yazılan ön söz Sübhan Abasbəyli bir şair-publisist kimi tanıdığım müəlliflərdəndir. Onun qələmə aldığı bu ədəbi-publisistik kitab xalqımızın qəhrəmanlıq salnaməsinə dəyərli bir töhvədir. Müəllif bu kitabda Masallı rayonunun keçmişindən bu gününə qədər olan inkişaf yolunu, igid oğulllarının keçdiyi şərəfli döyüş yolunu dərin […]
Sübhan Abasbəylinin “O yerlərdə izim qaldı” e-kitabı
Sübhan Abasbəylinin “O yerlərdə izim qaldı” e-kitabını buradan oxuya bilərsiniz. Subhan Abasbeylinin “O yerlərdə izim qaldı” kitab PDF
Aydın Talıbzadə: “Nimfoman qadın”, yoxsa “depressiya trilogiyası?”
Nimfoman qadına azərbaycanlılar itin dişisinə dedikləri sözü deyirlər. Bu, söyüşdür. Lars fon Triyerin filminin adının azərbaycancaya bu sayaq tərcüməsi, məncə, dəqiq ola bilir, çünki mahiyyəti tam ifadə eləməyə qabildir. Bu söz milli romançılıqda hərdənbir işlədilsə də, ara-sıra Azərbaycan kinofilmlərindən, Azərbaycan səhnəsindən eşidilsə də, mən o sözdən xoşlanmıram; hesab eləyirəm ki, üzqızardan bir sözdür. […]
…hər səhv yazı cinayət sayılırdı
DERRİDA İLƏ MÜSAHİBƏNİ TƏQDİM EDİRİK Əlcəzair əsilli fransalı filosof, ədəbiyyat tənqidçisi və dekonstruksiya cərəyanının qurucusu Jak Derrida 15 iyul 1930-cu ildə Əlcəzairdə doğulub. Onun ailəsi Sefard Yəhudisi olub. Uşaqlığı və gəncliyi Əlcəzairdə keçən Derrida 1949-cu ildə Parisə köçüb. Uzun müddət fəlsəfə müəllimi kimi fəaliyyət göstərən yazıçı fəlsəfə professoru olub. 1967-ci ildə ilk üç […]
Ağa Laçınlı: Özünlə barışmaram
Gedirsənsə, gözünü məndən tamam kəsib get, Gözünlə barışaram – özünlə barışmaram! Yoxluğumun ucundan, həsrətimin ucundan Yuxuna qarışaram – özünlə barışmaram! Dilinin kor tiyəsi öyrənibdi pis kəsə, Pisini də öyərəm, özgə səni pisləsə. Dərd qəlbini tək görüb qarmalamaq istəsə, Dərdinə darışaram – özünlə barışmaram! […]
İmza Nəşrlər Evi V Uşaq Kitab festivalında iştirak edəcək
V Uşaq Kitab Festivalı: Oxu, öyrən və iştirak et! İmza Nəşrlər Evi V Uşaq Kitab festivalında iştirak edəcək. Uşaq Kitab Festivalı uşaqların kitab oxumağa marağını artıran və onların dünyagörüşünü zənginləşdirən xüsusi bir tədbirdir. Festival 13–17 may tarixlərində Bakı İdman Sarayı ərazisində keçirilir və hər gün ziyarətçiləri maraqlı proqramlarla qarşılayır. Burada uşaqlar sevdikləri kitablarla tanış […]
Cəlilabad ədəbi mühitindən yeni kitab
Cəlilabad ədəbi mühitindən yeni kitab… (Aydan Nizamiqızının işıq üzü görmüş ilk ədəbi kitabının təqdimatı) Son günlər ərzində işıq üzü görmüş yeni kitablardan biri də Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi, Cəlilabad ədəbi mühitinin istedadlı xanım nümayəndələrindən, eyni halda həm yazıçı, həm şair, həm də ədəbi təhlilçi […]
Şəfahət Şəfi: Sevgi və dua ilə
Əziz oxucu… oğlum, qızım… Bu kitabı yazmağa başlayanda içimdə bircə cümlə dolaşırdı: “Kaş kimsə vaxtında mənə bunları desəydi.” Həyat elə qurulub ki, ən vacib sözləri insan ya gec eşidir, ya da eşidəndə artıq içində nəsə sınmış olur. Mən istədim ki, bu sözlər sənə qırılmadan çatsın və bəzi ağrıları yaşayaraq yox, anlayaraq keçəsən. Çünki insanın həyatda […]









