Həsən Kürün şeiri: Cəbhədən məktub

  Həsən Kür Aprel döyüşləri və  İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədən sonra psixoloji böhran keçirən şair intihara cəhd edərək binadan atlamış və  aldığı xəsarətdən bir neçə aydan sonra vəfat etmişdir. O,  “Boyat dərdin üstündə”, “Tikanlı məftillər” və “Döyüş və Dönüş” şeirlər kitablarının müəllifidir.   Sən mənə şərfini göndərmə daha, Səngər beşik kimi istidir, qızım. Vətən […]

“Azərbaycan mədəniyyəti -2040” konsepsiyası

Azərbaycanda mədəniyyət sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Mədəniyyət sahəsində rəqəmsallaşma, yaradıcı sənayelərin inkişafı və milli irsin qorunması istiqamətində nəzərdə tutulan yeniliklər cəmiyyətdə geniş maraq doğurur. Mütəxəssislərin fikrincə, yeni konsepsiya ənənəvi mədəni dəyərlərlə müasir texnologiyaların birləşdirilməsini hədəfləyir. Layihə çərçivəsində rəqəmsal muzeylər, interaktiv sərgilər və […]

48 İl Gizli Qalan Azərbaycan Filmi Yenidən Gündəmə Gəldi

Azərbaycan Dövlət Film Fondunun arxivində uzun illər qorunan “Araşdırın!” adlı qısametrajlı film 48 ildən sonra yenidən ictimaiyyətə təqdim olunub. Filmin üzə çıxması kino və mədəniyyət ictimaiyyətində böyük maraq yaradıb. Mədəniyyət nümayəndələrinin sözlərinə görə, bu cür arxiv materiallarının bərpası Azərbaycan kino tarixinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Köhnə ekran əsərlərinin yenidən təqdim olunması gənc nəslin milli […]

Qarabağda Açıq Səma Altında İlk Mədəniyyət Festivalı Keçirilə Bilər

Qarabağ bölgəsində bərpa və quruculuq işləri ilə yanaşı, mədəni həyatın yenidən canlandırılması istiqamətində də yeni layihələr gündəmə gəlir. Son dövrlər açıq səma altında keçirilən konsert və festivallara marağın artması fonunda Qarabağda beynəlxalq mədəniyyət festivalının təşkili ideyası geniş müzakirə olunur. Festival çərçivəsində milli musiqi, teatr tamaşaları, rəsm sərgiləri və folklor proqramlarının keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi […]

Azərbaycanda Yeni Yaradıcılıq Trendi

Azərbaycanda rəqəmsal incəsənətə maraq sürətlə artır. Son aylarda süni intellekt vasitəsilə hazırlanan rəsm əsərləri, musiqilər və vizual layihələr mədəniyyət sahəsində yeni trendə çevrilib. Gənc rəssam və dizaynerlər milli ornamentləri, xalça naxışlarını və tarixi motivləri müasir texnologiyalarla birləşdirərək fərqli sənət nümunələri yaradırlar. Sosial şəbəkələrdə yayılan bu layihələr həm yerli, həm də xarici izləyicilər tərəfindən böyük maraqla […]

Əli Bəy Azəri : “Uşaqlarımız öz qəhrəmanlarını tanımır”

Hərb mövzusunda yazdığı roman və povestlərlə tanınan yazıçı Əli Bəy Azəri bu günədək ümumilikdə 16 bədii və publisistik kitabın müəllifidir. Yazıçının xüsusilə Birinci və İkinci Qarabağ müharibəsinə həsr olunmuş iri həcmli əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Əli Bəy Azəri V Uşaq Kitab Festivalında “İmza” Nəşrlər Evini  təmsil edən müəlliflərdən biri olub. Mayın 13–17 tarixlərində keçirilən […]

V Uşaq Kitab Festivalında yazıçı Elnarə Cahan kitablarını imzaladı

    “İmza” Nəşrlər Evi V Uşaq Kitab Festivalında kitabsevərlərlə görüşməyə davam edir. Mayın 13–17 tarixlərində keçirilən festival çərçivəsində nəşriyyat öz oxucularına müxtəlif mövzu və janrları əhatə edən zəngin kitab kolleksiyası təqdim edir. Sərgidə bədii ədəbiyyatdan uşaq kitablarına, maarifləndirici nəşrlərdən fərqli istiqamətli əsərlərə qədər geniş seçim yer alıb. Festivalın ilk günlərindən etibarən “İmza” Nəşrlər Evinin […]

Kitab sərgisi başladı – “İmza” Nəşrlər Evi oxucularını gözləyir

    Mayın 13–17 tarixlərində keçirilən V Uşaq Kitab Festivalında “İmza” Nəşrlər Evi də iştirak edir. Festival çərçivəsində nəşriyyat öz oxucularını müxtəlif mövzu və janrlarda çap olunmuş kitablarla sevindirəcək. Sərgidə bədii ədəbiyyatdan uşaq kitablarına, maarifləndirici və fərqli istiqamətli nəşrlərə qədər geniş kitab çeşidi təqdim olunur. Eyni zamanda müəlliflər oxucularla canlı görüşəcək, onlarla ünsiyyət quracaq və […]

Yuxarı