Qarabağ bölgəsində bərpa və quruculuq işləri ilə yanaşı, mədəni həyatın yenidən canlandırılması istiqamətində də yeni layihələr gündəmə gəlir. Son dövrlər açıq səma altında keçirilən konsert və festivallara marağın artması fonunda Qarabağda beynəlxalq mədəniyyət festivalının təşkili ideyası geniş müzakirə olunur.
Festival çərçivəsində milli musiqi, teatr tamaşaları, rəsm sərgiləri və folklor proqramlarının keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi bölgənin mədəni potensialını dünyaya tanıtmaq, eyni zamanda turizmin inkişafına töhfə verməkdir.
Mütəxəssislər hesab edir ki, bu cür tədbirlər Qarabağın yalnız iqtisadi deyil, həm də mədəni baxımdan dirçəlişinə mühüm təsir göstərəcək. Xüsusilə gənc yaradıcıların bölgədə fəaliyyətə cəlb olunması yeni sənət platformalarının yaranmasına imkan yarada bilər.
imza.info