Növbəti V Uşaq Kitab Festivalı keçiriləcək.
V Uşaq Kitab Festivalı bu il yubiley formatında təşkil olunacaq. Festival 13–17 may tarixlərində Bakı İdman Sarayı məkanında baş tutacaq.
Xatırladaq ki, son keçirilən IV Uşaq Kitab Festivalı 10–13 aprel 2025-ci ildə təşkil edilmişdi. Bu il isə festival günlərinin sayı artırılaraq 5 günə çatdırılıb. Təşkilatçı Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) bildirib ki, yubiley tədbiri ilə əlaqədar olaraq bu dəfə tam 70 min ədəd kitab daxılı çap edilərək şagirdlərə paylanıb. Ötən il bu rəqəm 50 min idi.
Festival çərçivəsində uşaqlar və valideynlər üçün müxtəlif kitab təqdimatları, master-klasslar, əyləncəli proqramlar və müəlliflərlə görüşlər təşkil olunacaq. Tədbir hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.
“Kitabla böyüyək” şüarı ilə keçiriləcək festivalda ölkənin müxtəlif nəşriyyatları iştirak edəcək. Sərginin iştirakçılarından biri də İmza Nəşrlər Evi olacaq. imza.imfo