Məstan Günərin şeiri
Səhəri gözləyək göyün üzündə
Gəl bir az aldadaq öz-özümüzü,
təzədən üfürək
qor olan közü,
yaşadaq nağıla çəkilən günü.
Qaytaraq gəncliyin xoş nəfəsini,
əllərin üşümək bəhanəsini,
əlim əllərinə bükülən günü.
Gəl zümrüd quşuna döndərim səni.
sakit gecələrin süd dənizində.
Aç qanadlarını iki ay kimi
səhəri gözləyək göyün üzündə
Link kopyalandı
Baxış sayı: 37