Qalina Mikeladze: “Mən xoşbəxtliyi deyil, gözəlliyi seçdim”

  Mən xoşbəxtliyi deyil, gözəlliyi seçdim (Unudulmaz yazıçı Sara Oğuz Nəzirova)   Özünün yeni və sonuncu kitabını Sara xanım ölümündən bir həftə öncə görə bildi. Bir il əvvəl kitabı çapa verərkən Sara xanım bilirdi ki, sağalmasına ümid yoxdur və əsərlərinin çoxunun əlyazma halında qalmasına təəssüf edirdi. Odur ki, Sara xanım rəssam Elçin Hami Axundov tərəfindən […]

Unudulmaz alim Mirəli Seyidov

Əməkdar elm xadimi Mirəli Seyidov Azərbaycan mifşünaslığının əsasını qoymuş, gərgin axtarışları nəticəsində soykökümüzün mənşəyi problemini tədqiqata çəkərək onu elm sahəsinə çevirmişdir. Alimin fədakarlığı bütün zamanlarda birmənalı qarşılanmamışdır. Çətin və ağır təzyiqlərlə üzləşən Mirəli Seyidova bəzən “millətçi” damğası vuranlar da tapılmışdır. Sovet dövründə türk sözünün yasaq olduğu, millətin soykökündən uzaqlaşdırıldığı bir zamanda türkçülüyə nəinki meyil göstərmək, […]

Rafiq Hümmətin şeiri: Çobanın arvadı

  Gecəni yatmadı çobanın arvadı. Termosda itburnu çayı dəmlədi, Yumşaq fətirləri selofana qoydu, Ərinin çəkməsini, yapıncısını qurutdu, Tüyündü irəli-geri səhərə kimi – Əcəba nə yadından çıxdı, nəyi unutdu… Dan üzü açılar-açılmaz Ərini uğurladı çobanın arvadı. Çantasını, çomağını gətirdi, Yapıncısını kürəyinə sərdi. “Havalar yağmurludur, Göy guruldayanda, şimşək çaxanda, Telefonunu söndür, Tanrı səni ildırımdan qorusun” – dedi…

R.Akutaqava Dostuma məktub (hekayə)

İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin […]

Polşa aforistikası

 Elə sus ki, nə barədə susduğun eşidilsin. D.Opalski Paradoks – bu bir həqiqətin iki tərəfidir. V.Qjeqorçik Texnokratlar hətta Qiyamət gününün atlılarını da mühərriklə təmin ediblər. K.Bunş İnsan cənnətdə yaşamaq üçün yaranıb və o, bu dünyada məcburi köçkündür. V.Qjeşik Reallıq evindən riyazi meşəyə gedib çıxmaq çox da çətin deyil, amma çox az sayda adam oradan geri […]

200 minə yaxın insan bu materikdə can verib

Markesin Nobel nitqi London ilk şəhər divarını uzatmaq üçün 300 il sərf etdi, Roma 20 əsr boyunca qeyri–müəyyənlik içində yaşadı, bu gün sülhpərvər kimi tanınan İsveçrə XVI əsrdə muzdlu əsgərlər vasitəsilə Avropanı qana çalxaladı… Magellanla birlikdə dünyanı dolaşan Florentina dənizçisi Antanio Piqafetta Amerikanın cənub sahillərinə səyahətindən bəhs edən, macəradan çox xəyalı xatırladan, son dərəcə səliqəli […]

Ataqam: Dişlək alma

    Primitivizm üslubunda hekayə   Cümə günü Baruti ilə Zurinin qızı doğuldu. Okadası* ilə müştəri daşıyan Baruti xəbəri eşitcək özünü doğum evinə çatdırdı. Uşağı hələ Zuriyə verməmişdilər. Mamaçanın əmrinə görə körpə bir gün anasından ayrı qalmalı idi. Zuri palatada var-gəl edir, arada pəncərədən boylanır, Günəşin əyilməsinə baxır, günün bitməsini gözləyirdi.   Baruti okadasını doğum […]

Mir Sədi Mirlərin şeiri: Döymə qapımı qızım

Döymə qapımı qızım     Qızım,döymə qapını, Usdufca içəri keç. Çox da babanam demə, Bil,yolçu köçəri,keç.   Bu necə poçtalyon, Xəbər üstə xəbər var. Hər xəbərin içində, Ölüm adlı əsər var.   Döy başıma-başıma, Başımın içi səsdir. Hər səsin son nəğməsi, Ölüm adlı nəfəsdir.   Qapını heç bağlama, Hardan gələr,bilinməz. Qəlbini də dağlama, Gələn zaman […]

Mir Sədi Mirlərin şeiri: Döymə qapımı qızım

    Döymə qapımı qızım   Qızım,döymə qapını, Usdufca içəri keç. Çox da babanam demə, Bil,yolçu köçəri,keç.   Bu necə poçtalyon, Xəbər üstə xəbər var. Hər xəbərin içində, Ölüm adlı əsər var.   Döy başıma-başıma, Başımın içi səsdir. Hər səsin son nəğməsi, Ölüm adlı nəfəsdir.   Qapını heç bağlama, Hardan gələr,bilinməz. Qəlbini də dağlama, Gələn […]

Yuxarı