Çingiz Əlioğlunun vəfatı ilə bağlı

  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair, tərcüməçi və publisist, gözəl insan və yaxın dostum Çingiz Əlioğlunun vəfatı xəbərini böyük kədər və sarsıntı ilə qarşıladım. Çingiz Əlioğlu Azərbaycan poeziyasının özünəməxsus dəst-xətti, zəngin dünyagörüşü və sözə münasibəti ilə seçilən sənətkarlarından idi. Onun yaradıcılığı uzun illər Azərbaycan ədəbiyyatının inkişafına xidmət edib. O, yalnız yazdığı əsərlərlə deyil, şəxsiyyəti, […]

ÇİNGİZ əLİOĞLU: “VAXT OLUB HƏFTƏYƏ BİR KİTAB YAZMIŞAM”

  Azərbaycanın tanınmış şairi, Əməkdar Mədəniyyət İşçisi Çingiz Əlioğlunun eksklüziv müsahibəsi: Bu müsahibəni əziz Çingiz Əlioğlundan 2019-cu ildə götürmüşdüm. Növbəti əməliyyatlardan birindən yenicə çıxmışdı. Bu gün eşitdim ki, dünyasın dəyişdi. Allah rəhmət eləsin. Övladlarına və doğmalrına baş sağlığı veirəm. ** Çoxdan idi görmürdüm. Zəng edib məqsədimi bildirəndə yenə o ağırtaxtalı səsiylə “gəl, söhbət edək”, dedi. […]

YARADICILIQ YENİ DÖVRƏ QƏDƏM QOYUR

  Son iki ildə süni intellekt (AI) dünyanın bir çox sahəsində olduğu kimi, ədəbiyyat və mədəniyyət mühitində də ciddi dəyişikliklərə səbəb olub. Bir vaxtlar yalnız insan təxəyyülünün məhsulu hesab edilən şeir, hekayə, musiqi, rəsm və hətta film ssenariləri artıq süni intellekt vasitəsilə də hazırlanır. Bu isə yeni bir sual doğurur: texnologiya yaradıcı insanın köməkçisinə çevriləcək, […]

KİTAB OXUMAQ HƏYATIMIZDAN UZAQLAŞIR

  Mədəniyyət yalnız teatr, muzey, musiqi və ya rəssamlıqdan ibarət deyil. Hər bir xalqın mədəni səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri də onun mütaliə mədəniyyətidir. Son illər Azərbaycanda bu sahədə narahatlıq doğuran bir tendensiya daha aydın görünməyə başlayıb: kitab oxuma vərdişi tədricən zəifləyir. Əlbəttə, ölkədə hər il kitab sərgiləri keçirilir, yeni nəşrlər işıq üzü görür, […]

Məmməd Aslan: Məni bu zülmətdən sabaha daşı!

  Qazi Gülxanə paşa Buludlar kişnədi, ildırım çaxdı, Sanasan dağları göy yıxacaqdı!.. Yubanma ömrümə, Qazi Gülxanə, Cərrah bıçağını sıyırma vaxtı!!! Xəstəlik ölümün birər əsgəri; Birlərdən törəyir zülmün ləşkəri. Sən meydana çıx ki, Qazi Gülxanə: Ölümün nəfəsi çəkilsin geri! Tapdı mincə Qazi nicatı burda, Qurtuldu yenidən həyatı burda! Şairə, yazara ömür bəxş etdi..! Nura dəyişirlər zülməti […]

HƏFTƏ ƏRZİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ BAŞ VERƏN ƏN ÖNƏMLİ HADİSƏLƏR

Bu həftə Azərbaycan mədəni həyatı bir sıra mühüm tədbir və layihələrlə diqqət mərkəzində olub. Bakıda və bölgələrdə keçirilən mədəniyyət tədbirləri milli irsin təbliği, beynəlxalq əməkdaşlıq və incəsənətin müxtəlif sahələrinin inkişafı baxımından əhəmiyyətli rol oynayıb. Azərbaycan Milli Konservatoriyasında keçirilən Saz Orkestrinin konsert proqramı bu həftənin ən diqqətəlayiq mədəni hadisələrindən biri olub. Konsertdə milli musiqi nümunələri ifa […]

ANAKSİMANDR İLK FİLOSOFLARDAN BİRİ

Qədim yunan fəlsəfəsinin tarixində Anaksimandr xüsusi yer tutur. O, yalnız filosof deyil, həm də astronom, coğrafiyaşünas və təbiət tədqiqatçısı idi. Falesdən sonra kainatın quruluşunu və təbiətin qanunlarını araşdırmağa çalışan ilk mütəfəkkirlərdən biri kimi tanınır. Anaksimandr təxminən e.ə. 610-cu ildə qədim Yunanıstanın Milet şəhərində anadan olub. O, Falesin yetirməsi və davamçısı hesab edilir. Yaşadığı dövrdə Milet […]

MİFOLOGİYA ELMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

  Azərbaycan elmi fikrinin inkişafında mühüm xidmətləri olan Mirəli Seyidov XX əsr Azərbaycan humanitar elminin ən görkəmli simalarından biridir. O, mifologiya, folklorşünaslıq, türkologiya, etnoqrafiya və ədəbiyyatşünaslıq sahələrində apardığı fundamental araşdırmalarla milli elmi irsin formalaşmasına böyük töhfələr vermişdir. Alimin fəaliyyəti Azərbaycan xalqının mənşəyi, qədim inancları və mədəni köklərinin araşdırılması istiqamətində yeni elmi baxışların yaranmasına səbəb olmuşdur. […]

AZƏRBAYCANDA AVANQARDIN SÜKUTUNU POZAN RƏSSAM

  Azərbaycan təsviri sənətinin tarixində elə sənətkarlar var ki, onlar yalnız əsərləri ilə deyil, düşüncə tərzi, yaradıcılıq fəlsəfəsi və sənətə yanaşmaları ilə bütöv bir dövrün simvoluna çevrilirlər. Belə sənətkarlardan biri də görkəmli rəssam, müasir Azərbaycan rəngkarlığının banilərindən sayılan Mir Cavad Cavadov olmuşdur. XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində yeni estetik istiqamətin formalaşmasına böyük təsir […]

CAZ-MUĞAMIN BANİSİ

Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmasında müstəsna xidmətləri olan sənətkarlar arasında Vaqif Mustafazadə xüsusi yer tutur. O, Şərq musiqi təfəkkürü ilə Qərb caz ənənələrini bir araya gətirərək yeni bir musiqi istiqamətinin – caz-muğamın əsasını qoymuş, Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıdan sənətkarlardan biri olmuşdur. Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakının qədim İçərişəhər məhəlləsində anadan olub. […]

Yuxarı