Keçən həftə mədəniyyət sahəsində ən çox diqqət çəkən hadisələrdən biri Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri oldu. Tədbirlər çərçivəsində Azərbaycanın zəngin mədəni irsi, milli musiqisi, rəqsləri, ədəbiyyatı və incəsənət nümunələri geniş auditoriyaya təqdim edildi.
Mədəniyyət Günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına da xidmət etdi. Tədbirlər ictimaiyyət və mədəniyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılandı.
imza.info

Link kopyalandı
Baxış sayı: 24