Yuxuların içindən,

oyandım gecə yarı;

yuxarıda üzürdü,

buludların qatarı;

dəli küləklər sökür,

göy üzünün yaxasın;

fələklər yoza bilmir,

tanrıların yuxusun;

 

buludlardan asılıb,

Mefistofelin üzü;

xurustal qədəhlərə,

mələklər şərab süzür;

 

qəfil bir ağrı çökür,

dizlərimin üstünə;

kipriklərim qapanır,

gözlərimin üstünə;

 

gücüm çatmır qaldıram,

gecənin qanadını;

lap çoxdan unutmuşam,

ulduzların adını;

Paylaş:
Link kopyalandı
Baxış sayı: 52

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı