Dilsuz: Biz niyə belə azıq

  Dilsuzun şeirləri   DUA Dənizin ortasında parça-parça olmuş bir qayığam – Duz yandırır yaralarımı… Saman çöpünə çatmır əlim, Uzaqlarda, lap uzaqlarda qəfil ümid kimi peyda olmuş bir gəmi birdən-birə dəyişir səmtini – Üz tutur qüruba doğru… Budur, axıb qurtardı günəşin qanı. Göydənmi endi, dalğaların arasındanmı çıxdı kaftar gecə? Vurnuxur ətrafımda qismətini axtaran bir köpəkbalığı […]

Eldar Baxış: Qaçıb bu dünyanın tamı

Eldar Baxışın şeirləri ** Yox Rəhmətlik Sabir, rəhmətlik Məhəmməd Hadi, rəhmətlik Hüseyn Cavid küçəyə, bazara çıxardıb sabunlarını satdılar, tiyanlarını satdılar, köynəklərini satdılar, əlyazmalarını satdılar, ömürlərini satdılar, günlərini satdılar, nələri var satdılar, özlərini, ruhlarını yox! Rəhmətlik Sabirdən, rəhmətlik Məhəmməd Hadidən, rəhmətlik Hüseyn Caviddən sonra gələn şairlər küçəyə, bazara çıxardıb özlərini, ruhlarını satdılar, amma ömürlərini, günlərini, əlyazmalarını, […]

Camal Yusifzadə : Payızım oy, qışım oy

  Camal Yusifzadənin şeirləri   Payızım oy, qışım oy Əhməd Oğuza Payızın başı üstdən Birər-birər qar gəlir; Payızım oy, qışım oy. İndi bilirəm ki, nə itirmişəm; Birər-birər günlərim; Birər-birər yaşım oy. Göy üzündən Yer üzünə qar gəlir, Kişilikdən danışmaq Yaman mənə ar gəlir. Ümidi vağam olan Torpağım oy, daşım oy! Ovcumun arasında Havalanmış başım oy. […]

Vaqif Bayatlı Odər: Qardaşımın üzü köməyim olsun

  Vaqif Bayatlı Odərin şeirləri   Qardaşımın üzü köməyim olsun Dilərəm Tanrıdan qəlbə dəyməyən Uduzub yorulan, udub doymayan Ağlaya-ağlaya top-top oynayan Qardaşımın üzü köməyim olsun Vurduğu topları dəyər dirəyə Kimə bir söz desə dəyər ürəyə Belə bəxti olan çətin kiriyə O da ağlamasın bəs kim ağlasın Dərd gəldi – könlünü bağlamaz kişi Yaş gəldi – […]

Vaqif Səmədoğlu: Gecələri özüm sayaram

  Vaqif Səmədoğlunun şeirləri ** Sevgilim, mən öləndə, Bir küncdə xısın-xısın Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb Düşəcəyəm gözündən? Ağla, qurbanım, ağla, Ağla, һeyranım, ağla, Evdə qonaqlar olsa, Çıxıb eşikdə ağla. Gözlə, gecə düşəndə Yorğan-döşəkdə ağla. Qulaq asma aləmin Sözünə bircə kərə. De, Vaqif ölməliydi, Gəl öldü naһaq yerə… Sevgilim, mən öləndə, Soraq […]

Yuxarı