(Kitabından bir parça)

Hər dəqiqə böyük bir həyacan içərisində gözlənilən Ənvər Paşaya rusların tüfənglərinin və mərmilərinin çox olması İbrahim   Lakayın əsgərlərinin ruslara hücum etmələrinin gözlənilməməsi, düşmənə böyük hücumlar edilməyəcəyini bildirən məktublar göndərildi. Bu günlərdə hacı Sami bəyin tapançası ilə lakay əsgərlərini  yaraladığını  duyan  İbrahim çox əsəbləşir. Ənvər paşanın həyatına təhlükə yaradan bu hadisə də zərərsizləşdirilir. Ruslar isə Marozov və heyətində olan əsgərlər sərbəst buraxılmadığı halda böyük bir hücuma keçəcəklərini bildirirlər. Bir az sonra  düşmənə yardıma gələn bir rus birliyinin Düşənbəyə doğru yaxınlaşdığı xəbəri eşidilir. Düşənbə savaşının son vəziyyətini öyrənən Paşa lazımı  tədbirlərin alınması üçün yanında olan dostlarından Üsküdarlı İsmayıl  Haqqı bəyə Düşənbəyə getməyini əmr edir. dünya birinci hərbindən əvvəl Kaşkarda eləcə də Hoten, Koşar şəhərlərində müvəffəqiyyətlə açdığı kurslar ilə şərqi Türküstan gəclərinə fikir olaraq böyük maarifçilik xidməti verən İsmayıl Haqqı bəy birinci dünya müharibəsinin  sonunda Daşkənd və  ətrafında, eləcə də Buxarada maarif müfətişliyi vəzifəsini icra etmişdir.

Orta Asiyadakı türklərin Himalaya dağlarının ətəklərindəki  Hoten şəhərindən Xəzər dənizinin Gümüştəpə ətrafına qədər müxtəlif cəbhələrdə Şərqi Buxara  inqilabından sonra da işləyən İsmayıl bəy Şərqi Buxaradakı Turan uğrunda mübarizədə Ənvər Paşa və Hacı Sami bəyin zamanında   silaha sarılaraq  Türklərin bir cəbhədə birləşməsi üçün əlindən gələni əsirgəməmişdir. Atının Lakaylar tərəfindən oğurlandığını görən  İsmayıl bəy Ənvər Paşanın atına minərək yola çıxır. Gecə Düşənbə hökumət  evinə yaxınlaşarkən Nafi bəylə səslərindən bir-birlərini tanıyırlar. Ordan Osman Hoca, Əlirza bəy və Nafi bəylə bir yerdə Göydaşa qayıdırlar.

1921-ci il: Düşənbədən çıxış

Silahların azlığından şəhəri tərk etmək məcburiyyətindəyik. Yağışlı,  soyuq bir gündür. Bayrama hazırlaşan şəhər matəm  içərisindədir. Ənvər Paşanın qurtarıb birləşərik ümidi ilə ətraf kəndlərdən birində gizlənməyə qərar verdik. Hökumət dairələrində qiymətli əşyaların belə alınmasına vaxt yoxdur. Yalnız bir qism sənəd və kağızlar götürülə bilirdi. Gecə saat 12- dir, şəhərdən çıxırıq. Xalq bir tərəfdən “bizi rusların əlində qoymayın” – deyə çığırırlar. Şəhərdə qalan yəhudilər dərhal Marozova mücahidlərin şəhəri tərk etdiklərini xəbər verirlər. Elə o saat ruslarla dostluq edən Lakay İbrahim də ərzaq göndərmək bəhanəsi ilə ruslara yardım edir. mücahidlərin  hərəkətlərini  izləyən və Lakay İbrahimin adamlarını görən  yəhudilər vaxt  itirmədən mücahidlərin  əleyhinə olaraqa Əmir tərəfdarları olan Lakaylar ilə birləşirlər.

Ənvər Paşanın gecə yarısı  dağa çıxarılması

Ənvər Paşanı  almaq üçün hərəkatçılar Göydaşa hücum  edəcəkdilər. Ən Paşa İbrahimi çağıraraq əsil niyyətini öyrənmək istəyir. İbrahim Lakay təbii ki, niyyətini gizlədir. Gecə saat 2-də Paşanın saxlanıldığı  evin ətrafında qulaq batıran bir gurultu eşidilir. Silahlı Lakan əsgərləri dərhal dağa doğru çıxınış deyə bağırırdılar. Ənvər Paşa İbrahim Lakay dan soruşur:

– Gecə yarısı etdkləriniz nə deməkdir?

– Paşam, Osman Xoca və Əlirza bəy Düşənbədən çıxıblar… Sizi götürmək üçün bu tərəflərə gəlirmişlər. Sizə bir zərər gələr qorxusu ilə evi tərk edərək təpəyə çıxmağınızı münasib bildik – deyən  İbrahimə Əlirza bəylərin buraya gəlməyəcəyini Paşa nə qədər başa salsa da onlar öz bildiyindən qalmırlar. Eyni zamanda düşənbədə silahlanaraq  Paşanın yanında olan İsmayılğ Haqqı, Bartınlı Mühiddin bəylə bərabər digərlərinin də  silahlarını istəyirlər. Bu silah bir dəfə verilmişdir. İkinci dəfə verilməz deyə aldıqları sərt cavab verərək dağa çıxılması üçün is rarla dediklərinin üzərində dururlar. Paşanın əmri ilə heyvanları hazırlamaq üçün gedənlər axurda Paşanın atını görmürlər və Paşaya  bildirirlər. Atı gətirilmədiyi halda bir yerə getməyəcəyini söyləyən Paşanın atı, İbrahim Lakayın əmri ilə gətirilir. Paşa atlı çevrəsi silahlı, ancaq çıxılan yolun çox palçıqlı olduğunu görən Paşanın əmri ilə silahdaşlarının da atları lakaylar tərəfindən geri verilərək təpəyə qalxırlar. Bir azdan  ətrafının lakan əsgərləri ilə mühasirəyə alındığını görən Ənvər Paşa yenə İbrahimi çağıraraq:

– Əlirza bəyin gələcəyini bəhanə  edərək bizləri gətirdiyiniz bu yerdə məqsədiniz öldürməkdən ibarətdirmi? Belə bir niyyətin varsa, yaxşı bil ki, bu tapançamla əvvəlcə sən ölərsən! – deyir.

Pis niyyəti olmadığını  vurğulamağa çalışan İbrahim Lakaya Ənvər Paşa ətrafını sarmalayan lakay əsgərlərini göstərərək:

– Bunlar nədir?

Dərhal dağılmaları üçün İbrahim Lakayın verdiyi əmirlə əsgərlər mühasirəni genişləndirirlər.

Sabaha qədər saxlanılan həmin təpədən qayıdan Paşa otağındakı əşyaların dağıdıldığını görür. Etdiyi təzyiqlə lakayın əsgərləri əşyaları geri qaytarırlar. Bu vaxt Əfqanıstandan gələn Nurullah xan tabeçiliyindəki heyətdə Göydaşa gəlmişdi. Hətta Ənvər Paşaya qarşı ediləcək bu sui-qəsd məsələsini gözləri ilə görən əfqan hnyətinin rəisi İbrahim Lakaya bu çirkin hərəkətlərinə görə gələcəkdə çox böyük  bir məsuliyyət daşıdığını ağır sözlərlə bildirir.

 

Təqdim edəni: Nurbaqi

Paylaş:
Link kopyalandı
Baxış sayı: 28

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı